Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2025

Medvedev: Amerika və onun müttəfiqləri dünyanı III Dünya Müharibəsinin astanasına çatdırıblar

Rusiya Milli Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu gün, çərşənbə axşamı qeyd edib ki, ABŞ və Qərb Ukraynada Rusiya ilə proxy müharibə edərək dünyanı III Dünya Müharibəsinə doğru sövq edib.

Rusiyanın TASS xəbər agentliyi yazıb: “Praqada ABŞ və Rusiya tərəfindən Yeni START müqaviləsinin imzalanmasının 15-ci ildönümü ilə bağlı açıqlamasında Medvedev bildirib ki, “müqavilə nüvə müharibəsi riskinin azalmasına gətirib çıxarmayıb.”

Rusiyalı siyasətçi Telegram kanalında yaydığı açıqlamada əlavə edib: “Yeni START müqaviləsi nüvə müharibəsi riskini azaltmayıb, çünki onlar (ABŞ və onun müttəfiqləri) nə vaxtsa Rusiya ilə rəsmi olaraq nüvə paritetini qoruyub saxlaya biləcəklərinə, eyni zamanda qeyri-məhdud sanksiyalardan, silahlarından və ekspertlərindən istifadə edərək bizə qarşı elan olunmamış müharibəyə başlaya biləcəklərinə qərar verdilər.”

“Qərbin hərəkətləri dünyanı III Dünya Müharibəsinin astanasına gətirib” - deyə, Rusiyanın keçmiş Prezidenti qeyd edib.

O xatırladıb ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası ardıcıl olaraq “dünyada nüvə münaqişəsi təhlükəsinin olmadığını” deyirdi.

Medvedev bu cür iddiaları yalan adlandıraraq, "nüvə təhlükəsi hazırda ən yüksək səviyyədədir" deyib.


507 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP