Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2025

Təhqir və uğursuzluq; İsrail mediasının Tramp-Netanyahu görüşünə baxışı

Sionist rejim mediası və analitikləri bu rejimin qondarma baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Donald Tramp arasında son görüşünü onun Amerika prezidenti ilə keçirdiyi ən pis və ən aşağılayıcı görüşlərindən biri kimi qiymətləndiriblər. Bu görüş Netanyahuya nəinki nəzərəçarpacaq nailiyyət gətirə bilməyib, həm də onu dünyanın gözü qarşısında alçaldıcı bir vəziyyətə salıb.

İvrit dilində çıxan “Maariv” qəzetinin siyasi analitiki Anna Barski yazıb ki, Tramp canlı yayımda Netanyahunu təəccübləndirib, aşağılayıb və Netanyahunun konkret nailiyyətlərə, xüsusən də gömrük tarifləri məsələsində ümidləri reallıqda puça çıxıb.

O, görüşü bir sözlə: “sürpriz” və üç kəlmə: “alçaltmaqla həmsərhəd sürpriz” ilə ümumiləşdirib.

Barskinin sözlərinə görə, Netanyahunun qısa səfərinin bəyan edilmiş məqsədi ABŞ-ın İsrail mallarına tətbiq etdiyi tariflərin azaldılması ilə bağlı danışıqlar aparmaq olsa da, aydın oldu ki, Tramp üçün əsas məsələ İranla diplomatik yolu davam etdirməkdir – hansı ki, bu, Netanyahunun qəti şəkildə etiraz etdiyi, lakin Trampı izləməkdən çəkindirə bilmədiyi bir məsələdir.

Barski yazıb ki, Trampın açıqlamaları Netanyahunun iddialarının ona inandırıcı gəlmədiyini, hətta mətbuat konfransına girməzdən əvvəl ABŞ prezidentinin İranla birbaşa danışıqlara başlayacağını elan etmək üçün əvvəlcədən müəyyən edilmiş planı olduğunu, bunun Netanyahu və onu müşayiət edən nümayəndə heyəti üçün tamamilə gözlənilməz olduğunu yazıb.

Digər tərəfdən, Yedioth Ahronoth müxbiri Nadav Eyal, Ağ Evdəki görüş zamanı Netanyahunun narahatlıq və çaşqınlıqla ətrafa baxdığı, qaşlarını çatdığı və başını aşağı saldığı bir ana diqqət çəkərək bildirib ki, bu, məhz Trampın ABŞ-ın İranla birbaşa danışıqlar apardığını elan etdiyi vaxt olub.

Eyal təkcə Netanyahunun deyil, hətta bəzi Amerika rəsmilərinin də İsrail baş nazirinin iştirakı ilə bu danışıqların ictimai mahiyyətindən xəbərsiz olduğunu və Trampın bu addımının Netanyahunun planlarını tamamilə alt-üst etdiyini, “İsrailin” sevinə biləcəyi yeganə şey danışıqların nəticəsiz qalacağı təqdirdə Trampın İrana qarşı şifahi hədəsi oldugunu vurğulayıb

Bu arada ivrit dilli “Walla” saytının analitiki Barak Ravid yazıb ki, Netanyahu Trampla görüşündən əliboş qayıdıb və heç olmasa tarifləri aşağı sala və ya ləğv edə biləcəyinə ümid bəsləsə də, o, nəinki bu məqsədinə nail ola bilməyib, həm də təhqirlərə məruz qalıb və faktiki olaraq uğursuzluğa düçar olub.


534 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP