Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2025

Amerikanın 18-ci MQ-9 pilotsuz təyyarəsi Yəmən səmasında vurulub

Yəmən Silahlı Qüvvələrinin sözçüsü ölkənin hava hücumundan müdafiə qüvvələrinin Amerikanın on səkkizinci MQ-9 pilotsuz təyyarəsini vurduğunu açıqlayıb.

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri çərşənbə günü verdiyi açıqlamada ABŞ-ın Yəmənə qarşı təkrar təcavüzü və bir neçə yəmənli vətəndaşın şəhid olması və yaralanmasına cavab olaraq Yəmənin hava hücumundan müdafiə qüvvələrinin Əl-Cəvf vilayətinin hava məkanında düşmənçilik missiyası yerinə yetirən Amerikanın MQ-9 pilotsuz təyyarəsini vura bildiyini bildirib.

Yəhya Səri əlavə edib: Bu, Yəmən silahlı qüvvələrinin son 10 gündə vurduğu üçüncü Amerika pilotsuz təyyarəsidir və ümumilikdə, "Vəd edilmiş Fəth" döyüşünün və Yəmən ordusunun Qəzzəyə dəstək üçün müqəddəs cihadının əvvəlindən bu tip 18 Amerika pilotsuz təyyarəsi vurulub.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü qeyd edib: Qəzzəyə dəstək əməliyyatlarımızı davam etdirəcəyik və Yəmənə qarşı hər hansı təcavüzlə mübarizə aparmaq üçün müdafiə missiyalarımızı davam etdirəcəyik. Biz ölkəmizin suverenliyinə, təhlükəsizliyinə və sabitliyinə xələl gətirəcək istənilən cəhdə məsuliyyətlə yanaşmağa tam hazırıq və Qəzzaya qarşı təcavüz dayanana qədər əməliyyatlarımız dayanmayacaq.

Halbuki, Amerika döyüş təyyarələri bu gün səhər saatlarında Yəmənin Hudeydə əyalətini bombalayıb.

ABŞ-a məxsus döyüş təyyarələrinin ölkənin qərbindəki Hudeydə əyalətinin Muqbil şəhərinə hücumu nəticəsində indiyədək 6 mülki şəxs şəhid olub.

Yəmən Səhiyyə Nazirliyinin məlumatına görə, şəhidlərdən üçü uşaq, ikisi isə qadındır.


509 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP