Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Aprel 2025

İşğalçı İsrail İranın raket və PUA imkanlarını etiraf edir

Sionist mənbələr, ABŞ prezidenti ilə sionist rejimin baş nazirinin görüşünün atmosferinə və razılaşma olmadığı təqdirdə Tehrana qarşı hərbi əməliyyat iddiasına işarə etmiş və eyni zamanda, onlar İran İslam Respublikasının nəhəng raket və PUA imkanlarını etiraf ediblər.

Sionist media orqanı Haaretz-in hərbi məsələlər üzrə analitiki Amos Hariel deyib: Tramp şənbə günü Tehranla danışıqlar aparmaq niyyətini açıqladıqdan sonra hamını təəccübləndirdi.

Digər tərəfdən, İsrail rejiminin Kanal 14 televiziyası elan edib: "Hər hansı bir hücum olacağı təqdirdə İran İsraili raketlərlə güclü şəkildə bombalayacaq və pilotsuz təyyarələrlə hücumlar həyata keçirəcək və İsrailin hava hücumundan müdafiə sistemi misli görünməmiş bir sınaqdan keçəcək".

İsrail televiziyası olan Kanal 14 etiraf edib: "İsrailin daxili cəbhəsi istənilən genişmiqyaslı hücum qarşısında çox çətin vəziyyətlə üzləşəcək".

Bu sionist mənbə də etiraf edib: İran Şahab və Xeybər raketləri və “Şahid” tipli pilotsuz təyyarələr də daxil olmaqla, böyük raket qabiliyyətinə malikdir və bu, İsrail (işğal olunmuş ərazilər) daxilində infrastruktur və strateji hədəflərə ciddi ziyan vurmağa qadir olan bir silahdır.

Bu sionist media orqanının xəbərində vurğulanır ki, İranla hər hansı hərbi qarşıdurma təkcə ildırım vuruşu ilə məhdudlaşmayacaq, əksinə, İrandan hər gün minlərlə raketin atılmasını əhatə edəcək uzunmüddətli müharibə ilə nəticələnəcək və bu, İsrail rejiminə ağır itkilər və ziyan vuracaq və bunun üçün daxili cəbhədə yüksək hazırlıq tələb olunur.


458 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP