Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2025

Hindistanda müxtəlif dinlərin ardıcılları Bəqinin dağıdılmasına qarşı sərt etiraz edib

Mumbayda keçirilən möhtəşəm yürüşdə müxtəlif din və məzhəblərin ardıcılları bir araya gələrək yekdilliklə səsləniblər: “Əhli-beytin (ə) Bəqidəki məzarları bərpa olunmayana qədər biz susmayacağıq.”

Bu möhtəşəm mərasim hindu, müsəlman, siqh və xristian da daxil olmaqla müxtəlif dinlərin dini və ictimai xadimlərinin iştirakı ilə keçirilib. Hamı yekdilliklə Bəqiin dağıdılmasını böyük cinayət adlandırıb və müqəddəs qəbirlərin bərpasına çağırıblar.

Hindistanın tanınmış din alimi Əsləm Rəzəvi çıxışında vurğulayıb: “Allah Rəsulunun övladlarının Bəqidəki məzarları bərpa olunmayana qədər evlərimizdə rahat oturmayacağıq.”

Əsgər Heydəri də bəzi insanların Allahın Rəsulunun övladlarının məzarlarının dağıdılması qarşısında susqunluğunu tənqid edib.

Hindu lideri doktor Svami Vişvas Nanda da deyib: “Höccətül-islam Əsləm Rəzəvi ilə Səudiyyə Ərəbistanına gedəcəyəm və Bəqi məzarlarının bərpası üçün çalışacağam. Biz hindular da bu işə maddi yardım edəcəyik.”

Siqh icmasının yüksək səviyyəli lideri Ahuja Hindistan xalqına müraciət edərək bu etirazın öz bəhrəsini verəcəyini qeyd edib.

Sünni ictimai fəal Bədi əl-Zaman Səudiyyə Ərəbistanı kralından bu qanuni tələbi dəstəkləməsini istəyərək deyib: “Bu məsələ Peyğəmbərin qızına, onun ailəsinə, səhabələrinə və onların xanımlarına aiddir.”
Yürüş başlamazdan əvvəl şeir mədəni proqram keçirilib. Bu mədəni tədbirdə şairlər coşqun şeirləri ilə Bəqiyə edilmiş zülmdən söz açıblar, Əhli-beytə sevgilərini nümayiş etdiriblər.


393 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP