Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Aprel 2025

Orban: "Ukrayna bizi Rusiya ilə müharibəyə sürükləyir"

"Ukrayna Macarıstan və Slovakiyanı Rusiya ilə müharibəyə sürükləməyə çalışır".

Bunu Macarıstanın baş naziri Viktor Orban "X" sosial şəbəkəsində paylaşımında bildirib.

“Onlar Rusiya-Ukrayna müharibəsinə sürükləmək üçün slovaklara və bizə təzyiq etmək istəyirlər”, - siyasətçi bildirib.

Onun sözlərinə görə, buna nail olmaq üçün Ukrayna “Brüssel bürokratları ilə əlbir olaraq” öz ərazisindən keçən qaz kəmərini bağlayıb və nəticədə Şərqi Macarıstana qaz nəqli demək olar ki, dayanıb. Eyni zamanda, Orban qeyd edib ki, onun ölkəsi şərqdən qaz əvəzinə indi enerji resurslarını cənubdan, yəni Türkiyədən alır.


381 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP