Şrift ölçüsü:
A+
A
A-
Kr
13 Aprel 2025

Əraqçi: İran və ABŞ arasında dolayı dialoq konstruktiv olub

Şənbə, 19 aprel danışıqların ikinci raundu baş tutacaq

İranın Xarici İşlər naziri ABŞ prezidentinin xüsusi nümayəndəsi ilə dolayısı danışıqlarının təfərrüatlarını açıqlayaraq deyib: “Təxminən iki saat yarım dolayı söhbətimiz oldu. İki nümayəndə heyəti arasında gedib-gələn Omanın Xarici İşlər naziri cənab Busaidinin səyləri ilə təxminən dörd gediş-gəliş həyata keçirildi.”

Əraqçi deyib: Danışıqlar sakit və çox hörmətli bir mühitdə həyata keçdi və heç bir uyğun olmayan dildən istifadə olunmadı.

Tərəflər qarşılıqlı faydalı razılığın əldə edilməsi üçün danışıqları irəli sürməyə hazır olduqlarını bildiriblər.

Qərara gəldik ki, ikinci turu gələn həftə, şənbə günü yenidən keçirək və növbəti görüşdə razılaşmanın ola biləcəyi ümumi çərçivəni araşdıraq və bu prosesi nə qədər irəli apara biləcəyimizi görək.

Şübhəsiz ki, nə biz, nə də qarşı tərəf nəticəsiz danışıqları, söhbət xatirinə söhbəti, vaxt itkisini, yorucu danışıqları qətiyyən istəmir.

Hər iki tərəf də, Amerika tərəfi də ən qısa zamanda razılaşmanın əldə olunmasını istədiklərini bildiriblər.


337 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP