Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2025

Yəmən Ordusu İsraili hipersəs raketi ilə vurdu

Yəmən Ordusu Təl-Əvivdəki Ben Qurion hava limanına və İsrailin şərqində yerləşən Sdot Mixa hərbi bazasına hücum edib.

Bu barədə ordu sözçüsü Yəhya Səri məlumat yayıb.

"Sdot Mixa bazasına "Fələstin-2" hipersəs raketi ilə hücum edilib, eyni zamanda ballistik raketlə İsrailə qarşı hərbi əməliyyat keçirilib. Husilər həmçinin "Zülfüqar" raketi ilə Ben Qurion hava limanına hücum edib və İsrailin cənub-qərbindəki Aşkelon şəhəri yaxınlığındakı vacib hədəfə pilotsuz təyyarə ilə zərbə endirib. Hər iki əməliyyat məqsədlərinə nail olub”,- o bildirib.

Yəhya Səri qeyd edib ki, hücum nəticəsində Ben Qurion hava limanı saatlarla fəaliyyətini dayandırıb.


348 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP