Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2025

Elliott: Pentaqon tam bərbad vəziyyətdədir

"Pentaqonun rəhbəri Pit Heqset öz vəzifəsində uzun müddət qala bilməyəcək".

Bunu ABŞ Müdafiə Nazirliyinin keçmiş sözçüsü Con Elliott “Politico” qəzetinin saytında dərc olunan məqaləsində açıqlayıb.

Mart ayında vəzifəsindən uzaqlaşdırılan Elliott deyir ki, Pentaqonun son bir ayda sızma və kütləvi ixtisarlar fonunda “tam xaos” içərisindədir.

"Bunu nəzərə alsaq, müdafiə naziri Pit Heqsetin uzun müddət öz işində qalmasını təsəvvür etmək çətindir", - Elliott deyib.

O xatırladıb ki, ötən həftə ABŞ müdafiə nazirinin baş qərargah rəisi Co Kasperin gözlənilən istefası baş verib. Bundan əvvəl Pentaqonun baş qərargah rəisinin müavini Darin Selnik, eləcə də müdafiə nazirinin müşaviri Den Kolduel inzibati məzuniyyətə göndərilib.

“Sadə dillə desək, Pentaqon tam bərbad vəziyyətdədir”, - departamentin keçmiş mətbuat katibi vurğulayıb.


895 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.05.25, 11:29
PKK özünü ləğv etdi
Go to TOP