Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2025

Müdafiə şirkətləri Trampa görə ABŞ-dan imtina edir

Avropa müdafiə şirkətləri uzun illərdir ki, silah istehsalı üçün Amerika komponentlərinə arxalanırdılar. Lakin ABŞ-ın hazırkı Prezidenti Donald Trampın siyasəti onları Vaşinqtondan asılılığı azaltmağa vadar edir.

Bu barədə “Tayms” nəşri yazıb.

“Raket sistemləri istehsalında aparıcı Avropa şirkətlərindən biri olan MBDA-nın rəhbəri Erik Beranje jurnalistlərə bildirib ki, əgər müştərilər tələb edərsə, şirkət Amerika komponentlərindən imtina edə bilər", - məqalədə bildirilib.

Nəşr xatırladır ki, MBDA xüsusilə uzaqmənzilli silahlar istehsal edir və bu silahlar Ukraynaya da tədarük olunur.

Məqalədə qeyd edilir ki, hazırda Avropa müdafiə şirkətləri ABŞ-ın etibarsız tərəfdaşa çevrildiyi qorxusu fonunda Amerika avadanlıqlarının alınmasından imtina edirlər:

"Bu gün bir çox Britaniya müdafiə şirkəti öz silahlarını ixrac etmək istədikdə, onların Amerika silah sənayesindən asılı olub-olmadığı sualı ilə qarşılaşırlar".


917 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.05.25, 11:29
PKK özünü ləğv etdi
Go to TOP