Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2025

Qadın 75 yaşlı qadını öldürüb, quyuya atdı

Şərur rayonunda quyudan qadın meyiti tapılıb.

Meyiti tapılan şəxs 1950-ci il təvəllüdlü Zeynəb İbrahim qızı İsmayılovadır.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparıb.

Məlum olub ki, Zeynəb İsmayılova qətlə yetirilib. Onu həmkəndlisi, 1986-cı il təvəllüdlü Aypara Rüstəm qızı Əskərovanın qətlə yetirdiyi üzə çıxıb.

Qətl hadisəsi aprelinn 20-də baş verib. A.Əskərova həmin gün 75 yaşlı qadını qətlə yetirib və cinayətin izini itirmək məqsədilə quyuya atıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları meyiti quyudan aprelin 22-də tapıblar.

Məlumata görə, 75 yaşlı qadın kimsəsiz olub. İddia olunur ki, hadisə pul üstündə baş verib.


939 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.05.25, 11:29
PKK özünü ləğv etdi
Go to TOP