Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2025

Qərb bu qurumu ləğv edib, “Asiya NATO-su” yaradır

Qərb ölkələri NATO-nun Asiya analoqunu yaratmağa, eyni zamanda, Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasını (ASEAN) məhv etməyə çalışır.

Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

“Qərbin səyləri Asiya-Sakit okean regionunda müxtəlif qapalı hərbi-siyasi birliklərin - ABŞ, Yaponiya və Koreya Respublikasının üçtərəfli bloku, həmçinin AUKUS hərbi blokunun (ABŞ, Böyük Britaniya və Avstraliya) yaradılmasına yönəlib. Eyni zamanda, London, Paris, Ottava və Brüssel ASEAN-ın təhlükəsizlik çağırışlarına adekvat cavab verə bilməməsi tezisini irəli sürür. Qərb faktiki olaraq təşkilatın dağılması və mahiyyət etibarı ilə NATO-nun Asiya analoqunun yaradılması kursuna yönəlib”, - Şoyqu bildirib.


969 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.05.25, 11:29
PKK özünü ləğv etdi
Go to TOP