Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Aprel 2025

Qrossi: İran nüvə danışıqlarında ciddidir

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi İran və ABŞ arasında nüvə müzakirələrinin gedişi ilə bağlı verdiyi açıqlamada deyib: “Tehran və Vaşinqton arasında danışıqların davam etməsindən məmnunam.”

O əlavə edib: “Mən Uitkoff (danışıqlarda ABŞ nümayəndəsi) ilə əlaqə saxlayıram, lakin bu danışıqların nəticəsi hələ aydın deyil.”

BAEA-nın bu prosesdəki roluna toxunan Qrossi vurğulayıb: “Agentlik iki tərəf arasında birbaşa danışıqların bir hissəsi deyil, lakin razılıq əldə olunarsa, biz yoxlama aparmağa və onun etibarlılığını təmin etməyə kömək etməyə hazırıq.”

O, İranın mövqeyi ilə bağlı deyib: “İran tərəfi bu danışıqlarda ciddidir və razılığa gəlməyə çalışır.”


1002 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.05.25, 11:29
PKK özünü ləğv etdi
Go to TOP