Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2025

Donald Tramp: Zelenski Krımı Rusiyaya verməyə hazırdır

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, ukraynalı həmkarı Volodimir Zelenski Rusiya ilə Krımın verilməsini nəzərdə tutan sülh sazişi bağlamağa hazırdır.

Bu barədə “Sky News” məlumat yayıb.

Tramp Vatikanda keçirilən görüşdə tərəflərin işğal olunmuş yarımada ilə bağlı məsələni müzakirə etməyə nail olduğunu bildirib.

Jurnalistlər Zelenskinin Rusiyanın 2014-cü ildə ilhaq etdiyi ərazilərdən imtina etməyə hazır olub-olmadığını soruşduqda, ABŞ prezidenti belə cavab verib:

“Mən belə düşünürəm. Gəlin görək yaxın günlərdə nə baş verəcək. Krım barədə mənimlə yox, Obama və Baydenlə danışın”.

Krım 2014-cü ildə, Barak Obama ABŞ prezidenti olarkən Rusiya tərəfindən ilhaq edilib.

Tramp həmçinin bildirib ki, Roma Papası Fransiskin dəfn mərasimində Zelenski ilə görüşü yaxşı keçib:

“O, sakitləşib, məncə, mənzərəni başa düşür, sövdələşmə etmək istəyir”.


929 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.05.25, 11:29
PKK özünü ləğv etdi
Go to TOP