Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2025

Qatil Netanyahunun Azərbaycana səfəri təxirə salınıb

İşğalçı İsrailin qondarma baş nazirinin ofisi sionist Benyamin Netanyahunun Azərbaycan Respublikasına səfərinin təxirə salındığını elan edib. Bu arada məlumatlı mənbələr səfərin təxirə salınmasına səbəb kimi Türkiyənin onun təyyarəsi üçün ölkənin hava məkanından istifadə etməsinə etirazını göstərib.

İsrailin baş nazirinin ofisi şənbə günü bəyan edib ki, Benyamin Netanyahunun Azərbaycan Respublikasına yaxın günlərdə baş tutması planlaşdırılan səfəri təxirə salınıb.

İsrail baş nazirliyi səfərin təxirə salınmasına müxtəlif amillərin, o cümlədən Qəzza və Suriyadakı son hadisələrin səbəb olduğunu iddia edib.

Ofis İsrail Baş nazirinin sıx diplomatik və təhlükəsizlik cədvəlinə də toxunaraq əlavə edib ki, səfər yeni tarix elan edilmədən başqa vaxta təxirə salınıb.

Bundan əvvəl Netanyahunun mayın 7-dən 11-dək Azərbaycan Respublikasına səfəri və ölkə prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulmuşdu.


773 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
12.05.25, 11:29
PKK özünü ləğv etdi
Go to TOP