Şrift ölçüsü:
A+
A
A-
Kr
21 May 2025

PUTİNİN "SAĞ ƏLİ" MİQRANTLARI HƏDƏLƏDİ

"Heç bir arvad, ər, nənə, baba, uşaq Rusiyaya gətirilə bilməz..."

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrikin son açıqlamaları ölkədə və postesovet regionunda geniş müzakirələrə səbəb olub. O, Rusiyaya gələn miqrantların, xüsusən də Mərkəzi Asiya ölkələrindən gələnlərin bir çoxunun "gələcək cinayətkarlar" olduğunu bildirib və onlara qarşı sərt tədbirlər görülməsini təklif edib.

Bastrikin sözlərinə görə, "bizə gələnlər əvvəlcədən potensial cinayətkarlardır – yəni, bu şəxslər Rusiyaya cinayətkarlıq meyli ilə daxil olurlar".

O, miqrantların yaşayış xərclərinin tam olaraq işəgötürənlər tərəfindən qarşılanmasını tələb edib: "Kontrakt bir ildən artıq olmamalıdır, müddət bitdikdən sonra miqrant ölkəsinə qayıtmalıdır. Heç bir arvad, ər, nənə, baba, uşaq Rusiyaya gətirilə bilməz. O, buraya işləmək üçün gəlir və bütün xərcləri sahibkar tərəfindən qarşılanmalıdır."


1133 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.25, 10:58
Vatsapdan yeni funksiya
Go to TOP