Şrift ölçüsü:
A+
A
A-
Kr
28 May 2025

DAHA 15 ŞİRKƏT ETIRAZ OLARAQ İŞĞALÇI İSRAİLƏ UÇUŞLARI DAYANDIRDI - SİYAHI

7 oktyabr hadisələrini bəhanə edərək Qəzzada genişmiqyaslı hücumlara başlayan və soyqırım siyasəti həyata keçirən işğalçı İsrailə qarşı dünya ictimaiyyətinin etiraz reaksiyası güclənməyə başlayıb.

Bu çərçivədə beynəlxalq hava yolu şirkətləri ard-arda qərar verərək İsrailə uçuşlarını dayandırıb.

Məlumata görə, hazırda ölkəyə uçuşlarını müvəqqəti və ya uzunmüddətli dayandıran xarici hava yolu şirkətlərinin sayı 15-ə çatıb. Şirkətlərin əksəriyyəti vəziyyətin qeyri-sabitliyini əsas gətirərək qərarlarını iyun–iyul ayına, bəziləri isə 2025-ci ilin sonuna qədər uzadıb.

Uçuşları dayandıran şirkətlər aşağıdakılardır:

- “Ryanair” - İrlandiya mənşəli aviaşirkət 11 iyuna qədər İsrail uçuşlarını ləğv edib;

- “Lufthansa qrupu”nun (Lufthansa, SWISS, Austrian Airlines, Brussels Airlines, Eurowings) 15 iyuna qədər bütün reyslər dayandırılıb.

- “Transavia” (Hollandiya) - Uçuşları 3 iyuna qədər təxirə salıb;

- “Iberia Express” (İspaniya) - 31 maya qədər uçuşlar ləğv olunub;

- “ITA Airways” (İtaliya) - 8 iyuna qədər uçuşlar dayandırılıb;

- “United Airlines” (ABŞ) - Uçuşları 12 iyuna qədər təxirə salıb;

- “British Airways” (Britaniya) - 31 iyula qədər İsrail reyslərini ləğv edib;

- “Air India” - 18 iyuna qədər fəaliyyətini dayandırıb;

- “EasyJet” - İyun ayının sonuna qədər reyslərini ləğv edib;

- "Air Canada" - Təhlükəsizlik səbəbilə uçuşlarını sentyabr 2025-ə qədər dayandırdığını açıqlayıb.


1039 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.25, 10:58
Vatsapdan yeni funksiya
Go to TOP