Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyun 2025

ABŞ Ukraynadakı vətəndaşlarına xəbərdarlıq etdi

ABŞ-ın Kiyevdəki səfirliyi Ukraynadakı vətəndaşlarına hava hücumu xəbərdarlığı zamanı ehtiyatlı olmağı və sığınacaq axtarmağı tövsiyə edib.

Müvafiq bəyanat Amerika səfirliyinin saytında dərc olunub.

“Rusiya son həftələrdə Ukraynaya qarşı raket və dron hücumlarının intensivliyini artırıb və əhəmiyyətli hava hücumları riski hələ də qalmaqdadır. ABŞ-ın Kiyevdəki səfirliyi ölkə vətəndaşlarını ehtiyatlı olmağa çağırır”, - bəyanatda deyilir.

Xüsusilə, Ukraynadakı ABŞ vətəndaşlarına hava hücumu ilə bağlı həyəcan siqnalı verilən zaman pəncərələrə yaxın durmamaq, sığınacaq üçün yerləri əvvəlcədən seçmək və yerli medianın yeniliklərini izləmək tövsiyə olunub.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı ölkənin aerodromlarına edilən hücumlara cavab verəcəyini bəyan edib.


895 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.25, 10:58
Vatsapdan yeni funksiya
Go to TOP