Şrift ölçüsü:
A+
A
A-
Kr
12 İyun 2025

Qəzzada humanitar yardım məntəqəsi atəşə tutuldu - 10 nəfər şəhid oldu

Vəhşi İsrail hərbçilərinin Qəzza zolağında humanitar yardım məntəqəsinin yanında növbə gözləyən dinc fələstinlilərə atəş açması nəticəsində azı 10 nəfər şəhid olub.

Bu barədə Qətərin “Əl-Cəzirə” televiziya kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, hadisə Fələstin anklavının mərkəzi hissəsində yerləşən "Netsarim" nəzarət-buraxılış məntəqəsində baş verib. Təxminən 200 nəfərin yaralandığı bildirilir.

Televiziya kanalı Qəzzanın cənub bölgələrinə, xüsusilə Xan Yunis şəhərinə kütləvi hava və artilleriya zərbələri endirildiyi barədə məlumat verib, lakin zərərçəkənlərin dəqiq sayı hələlik açıqlanmır.


1003 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.25, 12:18
İmam Hüseyn (ə)
Go to TOP