Şrift ölçüsü:
A+
A
A-
Kr
26 İyun 2025

İsrailə qarşı hərbi çağırış - 82 min döyüşçü səfərbər oldu

Yəmən Ordusu İsrailə qarşı döyüş əməliyyatlarında iştirak etməyə hazır olan 82 min könüllü üçün hərbi hazırlığın başa çatdığını elan edib.

Bu barədə İranın dövlət xəbər kanalı "PressTV" məlumat yayıb.

Ordunun Səna şəhərində səfərbərlik işlərinə cavabdeh olan rəsmi nümayəndəsi Faiz əl-Xanəminin sözlərinə görə, bütün iştirakçılar “Əl-Əqsa Fırtınası” adlı proqram çərçivəsində hazırlıq mərhələsinin ilk hissəsini keçiblər.

O həmçinin qeyd edib ki, artıq ikinci mərhələyə start verilib və ilkin qiymətləndirmələrə görə, təkcə Sənada 100 minədək yeni əsgərin cəlb olunması planlaşdırılır.

Əl-Xanəmi əlavə edib ki, Husilərin nəzarətində olan digər əyalətlərdə, Səədə, Əmran, Həccə və Caufda da oxşar təlim kursları keçirilir.


494 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.25, 12:18
İmam Hüseyn (ə)
Go to TOP