Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyun 2025

İşğalçı İsrail mediası: İsrail İranla müharibədə pilotsuz təyyarələrdən yüz milyonlarla dollar zərər gördü

Sionist media orqanı bu rejim ordusunun İrana qarşı təcavüzkar müharibəsi zamanı dronlardan yüz milyonlarla dollar zərər gördüyünü açıqlayıb.

Sionist “Yediot Ahronot” qəzeti bazar günü sionist təhlükəsizlik aparatındakı mənbələrə istinadən yazıb: İran daxilində vurulan pilotsuz təyyarələrin vurduğu ziyan yüz milyonlarla dollar təşkil edir.

Bu xüsusda sionist “Maariv” qəzeti də açıqlayıb: İran raketləri insan tələfatı ilə yanaşı, bina və küçələrin dağıdılmasına səbəb olub və on minlərlə (sionist) evsiz qalıb.

Qəzet əlavə edib: Düzdür, İranla müharibə cəmi 12 gün davam etdi, lakin onun gətirdiyi dağıntılar çox genişdir. 28 israillinin ölümü ilə yanaşı, İranın ballistik raketləri binaların, qurumların və ictimai yerlərin dağıdılmasına səbəb olub.

Maariv yazıb: Dağılmış əraziləri ilkin vəziyyətinə qaytarmaq üçün illər lazım olacaq, əgər bu mümkün olsa.

İsrailin "Kanal 13" telekanalı da İranın raket zərbələri nəticəsində İsrailin hərbi bazalarına və strateji obyektlərinə xeyli itki və ziyanın dəydiyini açıqlayıb, lakin rejim rəsmiləri və ordusu bu günə kimi bunlardan danışmayıb.


357 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.25, 12:18
İmam Hüseyn (ə)
Go to TOP