Şrift ölçüsü:
A+
A
A-
Kr
01 İyul 2025

"ABŞ və İsrailin İrana qarşı hərəkətləri bütün regionu..." - Pakistan XİN

Pakistan İsrailin İrana qarşı təcavüzünü, eləcə də ABŞ-nin Tehranın nüvə infrastruktur obyektlərinə hücumunu pisləyib.

Bunu Pakistanın baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar deyib.

Onun sözlərinə görə, Pakistan Yaxın Şərqdə baş verən son hadisələrdən narahatdır: “Son dərəcə təhlükəli eskalasiya təşkil edən bu hərəkətlər BMT Nizamnaməsi və beynəlxalq hüququn pozulmasıdır. Bu, bütün region üçün potensial olaraq ağlasığmaz nəticələrə səbəb ola bilərdi”.

O əlavə edib ki, ABŞ və İsrailin hərəkətləri dövlətlərarası davranışın müəyyən edilmiş normalarını ciddi şəkildə pozub və bütün regionu potensial olaraq ağlasığmaz nəticələrin alovlanmasına məruz qoyub.


472 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.25, 12:18
İmam Hüseyn (ə)
Go to TOP