Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2025

Uşaq qatili İsrailin Qəzzada bir gündə 100-dən çox insan həlak olub

İyulun 1-də işğalçı, uşaq qatili İsrail ordusunun Qəzza zolağına təcavüzü nəticəsində 100-dən çox fələstinli şəhid olub.

Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Məlumata görə, vəhşi İsrail hərbçiləri humanitar yardım paylama məntəqələrində ərzaq almaq üçün gözləyən 28 nəfər də daxil olmaqla 109 fələstinlini qətlə yetirib.

Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, may ayının sonundan bəri 600-dən çox insan humanitar yardım paylama məntəqələrinə edilən hücumların qurbanı olub.

Ümumilikdə, 2023-cü ilin oktyabrında şiddətlənən silahlı münaqişədən bəri Qəzza zolağında 56 600-dən çox insan həlak olub, 134 000 nəfər yaralanıb.


318 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.25, 12:18
İmam Hüseyn (ə)
Go to TOP