Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2025

İranda MOSSAD əməliyyatı: 2 nəfər öldürüldü, 50 nəfər həbs edildi

Sistan və Bəluçistanın cənubunda 50-dən çox sionist nökəri və terrorçu yaxalandı

İranın Cənub-şərqdə yerləşən Sepah Qüds Qərargahı yayımladığı bəyanatda, Sistan və Bəluçistanın cənub bölgələrində keçirilən əməliyyatlar nəticəsində 2 terrorçunun məhv edildiyini və 50-dən çox sionist rejimin muzduru saxlanıldığını açıqlayıb.

Sepah Qüds Qərargahının çərşənbə günü yaydığı bəyanatda bildirilir: xalqın misilsiz və təsirli əməkdaşlığı, vaxtında məlumatlandırması nəticəsində Sistan və Bəluçistanın cənub bölgəsində 2 terrorçu zərərsizləşdirilmiş və 50-dən çox rejimə bağlı terrorçu saxlanılmışdır.

Bəyanatda qeyd olunur ki, “Şəhidlərə həsr olunmuş Təhlükəsizlik Qoruyucuları” adlı əməliyyat təlimləri çərçivəsində Sepah Qüds Qərargahı, Sistan və Bəluçistan Əyalətinin Kəşfiyyat İdarəsi, Sepah Kəşfiyyat Təşkilatı və polis kəşfiyyatı düşmənin terrorçu şəbəkəsinə ağır zərbələr endiriblər.

Əməliyyat nəticəsində son iki həftə ərzində cənub bölgədə 50-dən artıq satqın terrorçu saxlanılıb və 2 nəfər öldürülüb.

Saxlanılan şəxslərin əsas hədəfləri şərqdəki terrorçu qruplaşmalara bağlı olaraq vilayətin cənubunda qeyri-sabitlik yaratmaq, infrastruktur və iqtisadi sahələrdə dağıdıcı hücumlar həyata keçirmək olub.

Həmçinin onlardan böyük miqdarda silah-sursat, o cümlədən Amerika istehsalı döyüş silahları ələ keçirilib və onların digər daxili əməkdaşlarının və eləcə də təhlükəsizliyə təhdid yaradan şəxslərin tutulması istiqamətində əməliyyatlar davam edir.

Bəyanatın sonunda qeyd olunur ki, bölgədə sabit təhlükəsizliyin gücləndirilməsi baxımından əldə edilən əhəmiyyətli nəticələrdə cənub vilayətindəki qeyrətli gənclər, din alimləri, nüfuzlu şəxslər və bəzi tayfa başçılarının rol və əməkdaşlığı mühüm olmuşdur.


334 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.25, 12:18
İmam Hüseyn (ə)
Go to TOP