Şrift ölçüsü:
A+
A
A-
Kr
02 İyul 2025

Sionist rejimin cinayətlərinə cavab olaraq Yəmən raket qüvvələrinin uğurlu əməliyyatı

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri:

Sionist rejimin Qəzzədə məzlum Fələstin xalqına qarşı törətdiyi soyqırım cinayətlərinə cavab olaraq və Fələstin xalqını və mücahidlərini dəstəkləmək məqsədilə Yəmən Ordusunun raket qüvvələri işğal olunmuş Tel-Əviv bölgəsində yerləşən Lodd hava limanına uğurlu əməliyyat həyata keçirdi.

Bu əməliyyat “Fələstin-2” hipersəs ballistik raketindən istifadə olunmaqla icra olundu və Allahın köməyi ilə uğurlu oldu. Bu hücum nəticəsində milyonlarla sionist sığınacaqlara qaçmağa məcbur oldu və hava limanının fəaliyyəti dayandırıldı.

Yəmən Ordusunun pilotsuz uçuş aparatları qüvvələri həmçinin işğal olunmuş Fələstində Yafa, Aşkelon və Ümm ər-Rəşraş bölgələrində düşmən İsrailə məxsus üç həssas hədəfə qarşı üç hərbi əməliyyat keçirib və bu əməliyyatlarda üç PUA-dan istifadə olunub.


392 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.25, 12:18
İmam Hüseyn (ə)
Go to TOP