Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2025

Teleqraf: İran İsrailin 5 hərbi bazasını vurdu, amma...

İsrail beş hərbi obyektə dəymiş İran zərbələrini gizlədib
İsrail beş hərbi obyektə dəymiş İran zərbələrini gizlədib

İsrail ordusu və hökuməti hələ də İranla son müharibədə vurulan zərərlərin təfərrüatlarını açıqlamaqdan imtina etdiyi bir vaxtda, Britaniyanın bir qəzeti İran raketlərinin 5 hərbi bazaya birbaşa dəydiyini ifşa edərək İsrail senzurasını üzə çıxarıb.

Məlumatlara görə, daha əvvəl bildirilməmiş beş hərbi obyektə – İsrailin şimalında, cənubunda və mərkəzində yerləşən – altı İran raketi düşüb. Bunların arasında böyük bir hava bazası, kəşfiyyat məlumatlarının toplanması mərkəzi və bir logistika bazası var.

Qəzetin yazdığına görə, İsrail ordusu bu zərərlərlə bağlı suallara cavab verməkdən yayınaraq yalnız belə bəyan edib: “Biz raketlərin nə qədərinin vurulduğu və ya bazalarımıza dəyən ziyan barədə şərh vermirik. Yeganə deyə biləcəyimiz budur ki, bütün əlaqədar bölmələr əməliyyat boyu fəaliyyətlərini davam etdiriblər.”


312 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.07.25, 12:18
İmam Hüseyn (ə)
Go to TOP