Şrift ölçüsü:
A+
A
A-
Kr
30 İyul 2025

Ayətullah Xamenei: Düşmənlərin gözü kor olsun – biz İranı inkişaf və şərəfin zirvəsinə ucaldacağıq

İranın Ali Rəhbəri: Elmin müxtəlif sahələrinin inkişafı yolunda böyük addımlar atacağıq

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei bildirib ki, İran xalqı ilahi tövfiqlə dini imanın möhkəmləndirilməsi və elmin müxtəlif sahələrinin genişləndirilib dərinləşdirilməsi yolunda böyük addımlar atacaq.

Bu sözləri o, sionist rejimin İran xalqına qarşı başladığı 12 günlük müharibədə şəhid olmuş hərbçilərin, alimlərin və dinc vətəndaşların şəhadətlərinin qırxıncı günü münasibətilə keçirilən anım mərasimində deyib. Mərasim bu gün İmam Xomeyni (rə) Hüseyniyəsində şəhid ailələrinin, müxtəlif ictimai təbəqələrin və bir sıra dövlət rəsmilərinin iştirakı ilə baş tutub.

Ayətullah Xamenei bu müharibəni İslam Respublikasının iradə və gücünün təzahürü, eləcə də onun sarsılmaz əsaslarının nümayişi adlandırıb. O vurğulayıb ki, düşmənçiliyin əsas səbəbi İran xalqının imanı, elmi və birliyinə qarşı bədbəxtlərin göstərdiyi müqavimətdir.

Böyük Rəhbər deyib: “Xalqımız Allahın lütfü ilə dini imanı gücləndirmək və müxtəlif sahələrdə elmi inkişaf etdirmək yolundan geri çəkilməyəcək. Düşmənlərin gözü kor olsun – biz İranı inkişaf və şərəfin zirvəsinə ucaldacağıq.”

O, son müharibədə şəhid olmuş komandir, alim və əziz vətəndaşların ailələrinə bir daha başsağlığı verərək bildirib: “İran xalqı həmin 12 gündə böyük bir şərəfə nail oldu və bu gün dünya da bunu etiraf edir. Bu millət gücünü, dözümünü, əzmini və iradəsini ortaya qoydu, və beləcə İslam Respublikasının qüdrətini hər kəs yaxından hiss etdi.”

Ayətullah Xamenei vurğulayıb ki, İslam Respublikasının təməli “din” və “elm” üzərində qurulub. O deyib: “İran xalqı və gəncləri bu iki təmələ söykənərək düşməni müxtəlif sahələrdə geri çəkilməyə məcbur etdilər və bundan sonra da bu yolla irəliləyəcəklər. Düşmənlərin nüvə proqramı, zənginləşdirmə və insan haqları bəhanələri gerçək səbəb deyil. Onların əsl narahatlığı və düşmənçiliyinin səbəbi İslam Respublikasının elmi, texniki, dini və humanitar sahələrdə ortaya qoyduğu yeni söz və bacarıqlardır.”


403 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP