Şrift ölçüsü:
A+
A
A-
Kr
10 Sentyabr 2022

İranı Rusiya qoruyur yoxsa...

Tez - tez eşitdiyimiz sözlərdən biri budur ki, İran əslində güclü dövlət deyil, sadəcə Rusiyaya arxalanıb ayaqda özünü tutmağı bacarır. Əslində, siyasi gedişatlardan xəbəri olan hər kəs asanlıqla başa düşə bilir ki, İranın güclü olması, imperialist qüvvələrə meydan oxuması Rusiya ilə bağlı deyil. Bəli, Rusiya böyük və qüdrətli dövlətdir. Üstəlik, Avropa, NATO bu dövlətlə bacara bilmir. Amerika belə daim - İstər Sovet höküməti zamanında, istərsə də müstəqillik dövründə Rusiya ilə ehtiyatlı davranmağa çalışıb.

Bunu da hamı gözəl bilir ki, dünyada hər zaman olduğu kimi bu gün də dövlətlər bir biri ilə iqtisadi, siyasi əlaqələr qururlar. İran təkcə Rusiya ilə deyil, başqa dövlətlər də müxtəlif sahələrdə sıx əməkdaşlığı olan dövlətdir. Bu da çox təbii bir şeydir.

Əlbəttə İranı Rusiyaya arxalanmaqda ittiham edənlər sionist rejimin ölkəmizdəki qulbeçələridir. Onlara sionist rejim İran əleyhinə hürəcəkləri, çaqqal kimi ulayacaqları, sionist ayaqqabısı yalayacaqları təqdirdə Turan Sionist Dövləti söz verib. Amma söz verməklə deyil ki, hələ də nə sionist rejim, nə Amerika, nə də onların əlaltısı olan Türkiyə İrana qarşı heç bir qələt edə bilmirlər. Elə Türkiyə demişkən, məgər hansısa ulayan çaqqal, şiə dövləti olan İrana hürən sionist türkü cürət edib deyə bilirmi ki, Türkiyə NATO və ya Amerika şotuna ayaqda qalır? Heç kim hünər edib deyə bilmir. Çünki Türkiyəni himayə edən sionist rejim ölkəmizdəki köpəklərinə Türkiyəyə qarşı hürmək əmri verməyib. Hamı da bilir ki, İrandan hər sahədə geridə qalan Türkiyənin öz qüdrətinə qalsaydı Suriyada, Liviyada, İraqda heç zaman ola bilməzdi. Məhz arxasında Amerika və sionist rejim dayandığı üçün ona buna şıllaq atır.

Qayıdaq İran amilinə. Şiə belə etiqad edir ki, insan Allaha nə qədər bağlanarsa Allah onun bir o qədər köməyi olar. Hazırkı İran İslam Respublikası bildiyimiz kimi İmam Xomeyni rəhmətullahi əleyh tərəfindən təsis edilib. Mərhum İmam Xomeyninin həyatını oxuyanlar onun necə Allaha bağlı olan bir insan, İmam Zaman əleyhissalamın əsgəri olduğunu gözəl bilirlər. Bu şəxsin Allahdan başqa kiməsə bağlanması, hansısa dövlətə arxalanması mümkün deyildi. Təsəvvür edin ki, Fransa sürgünündən qayıdarkən İmam Xomeyniyə deyirlər ki, təyyarəmizi vura bilərlər, İmamın bu xəbəri eşitməzdən əvvəlki halı ilə eşitdikdən sonrakı halı arasında heç bir fərq olmur. Belə bir insanın ordusu düşməndən qorxarmı? Onlar ancaq Allaha təvəkkül edirlər, Allah da digər dövlətləri onların qulluğuna gətirir, onları qalib edir. Bundan təbii nə var ki?
Ola bilər bura qədər deyilən mənəvi söhbətlər kiməsə real görünməsin, nağıl kimi gəlsin, həqiqətdə isə İranın Rusiyaya arxalanıb ayaqda qalmasını yenə kimlərsə düşünsün. Onda gəlin bu üç suala cavab verin. Çox demirəm üç sual.

1. Əgər İran Rusiyaya arxalanıb ona görə ayaqda qalırsa, İranda devrilən şah rejimi də Amerikaya arxalanırdı. Bəs əgər qüdrətli, hegemon dövlətə arxalanmaqla iş keçirsə onda Şah rejimi İranda İslam İnqilabına qələbə çalmalı idi. Bəs necə oldu ki, İslam İnqilabı qələbə çaldı?

2. İslam inqilabı olandan sonra Amerika məlun Səddamı dövrüyyəyə buraxdı ki, yenicə qurulmuş İslam dövlətini məhv eləsin. Amma bacarmadı. Amerika bir yana dursun, hələ o zamanlar məhv olmamış sovet höküməti də Səddamı dəstəkləyirdi. O zaman ki, indiki Putin Rusiyası yox idi, bəs necə oldu ki, İslam İnqilabını məhv edə bilmədilər?

3. Nəhayət 3-cü və sonuncu sual budur ki, sovetlər məlun və xəbis Qorbaçov tərəfindən dağıdılandan sonra müstəqil Rusiya Federasiyasının prezidenti Boris Yeltsin oldu. Qorbaçovla bir komanda da təmsil edilən Yeltsin də öz dostu Qorbaçov kimi Amerikanın demək olar ki, köləsi missiyasını yerinə yetirirdi. Bəs niyə o zamanlar İran İslam Respublikası ayaqda qala bilmişdi. Axı o zamanlar İranın Putin kimi bir dostu yox idi.
sionist israil türkləri çalışıb bu suallara cavab versinlər.

Real olan odur ki, Allahın lütfü, İmam Zaman əleyhissalamın vücudunun bərəkəti vasitəsilə şiə dövləti davamlı olaraq nəinki zəifləmir, üstəlik gündən günə inkişaf edir. Bu isə bütün şiə (İslam) düşmənlərini narahat edir. Acığınızdan ölün!


3224 بازدید
در حال ارسال اطلاعات...
Go to TOP