06 Mart 2024
HAZIRSANMI?

Hamı bir gün öləcək, ölməyə hazırsanmı?
Qanlı yaşlar tökülər hesab günü gözlərdən,
Tökülən qanlı yaşı silməyə hazırsanmı?
Deyirik harda qaldı, niyə gəlmir Sərvərimiz?
Sərvəriylə üz-üzə gəlməyə hazırsanmı?
Necə bir yerdir cəhənnəm, bizə bəhs etdi Quran,
Cəhənnəmdə dəhşəti görməyə hazırsanmı?