21 İyun 2014
Əsgərləri güllələyib sonra özünü vurdu

Müdafiə Nazirliyi 2 əsgərin ölümü, 1 əsgərin yaralanması ilə nəticələnən silahlı insidentlə bağlı məlumat yayıb.
Nazirliyin saytında (mod.gov.az) yer alan məlumata görə, hadisə iyunun 20-də saat 06.45 radələrində cəbhə bölgəsində yerləşən N saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissədə xidmət keçən əsgər Bəhruz Xəqani oğlu Ağakişiyev tabeliyində olan avtomatdan atəş açaraq əsgər Kamran İntiqam oğlu Əhmədovu yaralayıb və əsgər Neyman Elman oğlu Abdullayevi qətlə yetirib. Sonra isə əsgər B.Ağakişiyev silahından atəş açaraq intihar edib.
Yaralı əsgər K.Əhmədova ilk tibbi yardım göstərildikdən sonra hospitala yerləşdirilib. Vəziyyəti ağırdır.
Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Bəs əsgər ölümlərinin qarşısını necə almaq olar? Hərbi ekspert Üzeyir Cəfərov bu kimi halların qarşısının alınması yollarından danışdı: “Bu məsələnin kökünü axtarmaq lazımdır. Problemlə bağlı görülən işlər barədə hesabat verməlidirlər. Əsgər ölümlərinin artırması bir səbəbi də güc strukturlarının tənbəlliyindən irəli gəlir. Elə gün, həftə olmur ki, əsgər ölümü xəbərini eşitməyək. Problemin çözülməsndə birbaşa Müdafiə Nazirliyi məsuliyyət daşıyır. İlk növbədə araşdırma aparmaq lazımdır ki, bu hadisələr hansı yaş həddində olur. O yaş həddinə uyğun da hərəkət etmək lazımdır. Daha çox əsgər ölümləri 18-27 yaş arasında olur. Bundan əlavə, insanları orduda hər hansı bir vəzifəyə təcrübəsinə uyğun olaraq təyin etmək lazımdır. Faktdır ki, hazırda ordumuza heç bir təcrübəsi olmayan insanlar rəhbərlik edir. Əsgər ölümləri ilə bağlı xəbərləri nə qədər eşitmək olar? Bu, artıq adi hal alıb. Dövlət bu istiqamətdə təcili tədbirlər görməlidir”. Ü.Cəfərov problemin çıxış yolunu qanunvericilikdə dəyişiklik etməkdə görür: “Orduya çağırılan əsgərlərin yaşayış şəraiti dərindən araşdırılmalıdır. Bunlar həyata keçirilmədən heç bir uğurdan danışmaq mümkün deyil. Biz mətbuat, ictimaiyyət olaraq, üzərimizə düşən işləri görürük. Təəssüf edirəm ki, bəzi insanlar görməli olduqları işi həyata keçirməkdə maraqlı deyillər.
Biz dəfələrlə Müdafiə Nazirliyinə, Milli Məclisin müvafiq komissiyasına təkliflər göndərmişik. Hazırda parlamentdə Ziyafət Əsgərovun rəhbərliyi altında Müdafiə və Təhlükəsizlik Komitəsi fəaliyyət göstərir. Komitənin üzvləri arasında hərbi peşəni bilən heç bir deputat da tapmaq mümkün deyil. Kiminsə hesabına cəlb olunan mütəxəssislər var ki, əsgərlik həyatı belə keçməyiblər. Təəssüflənirəm ki, dövlətdən kifayət qədər məvacib alan generallar işlərinə can yandırmırlar. Biz faktları sadalayırıq, amma nəticə çıxaran yoxdur".
Hərbi ekspert orduda baş verən ölüm hallarında qəsd ola biləcəyini də istisna etmir: “Biz kənardan müşahidə edirik. Amma bizə çatan xəbərlərə görə, əsgərlərin hərbi xidmətdən evə təxris olunmasına az qalmış yaramazlıqlar baş verir. Belə ki, hərbi xidmətini başa vurmuş əsgərlərin evə buraxılmasının qəsdən gecikdirilməsi halları baş verir. Bu, bir növ rüşvət alınması məqsədilə də ola bilər. Bunun nəticəsində bəzi əsgərlər əsəblərini cilovlaya bilmirlər. Nəticədə ölüm hadisələri olur”.
Bir müddət əvvəl “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi əsgər ölümlərinin qarşısını almaq üçün bir neçə təklif irəli sürüb. Həmin təkliflər bunlardır:
1) Əsgər ölümlərinin dəqiq statistikası, ölən və yaralıların adları, səbəblər dəqiq olaraq cəmiyyətə açıqlanmalıdır. Əsgər ölümlərində cinayəti olan şəxslərlə bağlı məlumatlar cəmiyyətə açıq olmalıdır. Bu istiqamətdə Hərbi Prokurorluq və Müdafiə Nazirliyinin Daxili Təhqiqat İdarəsi şəffaf işləməlidir. Bugünkü cəzasızlıq mühiti orduda daha çox itkilərin ortaya çıxmasına səbəb olur. Ona görə də cinayətdə rolu olanlar layiq olduqları cəzaları almalıdırlar ki, digərlərinə də dərs olsun, cəmiyyətə daim informasiya verilməlidir;
2) Hərbi hissələrdə insan hüquqlarının müdafiəsi, qanunların aliliyinin təmin olunması istiqamətində təxirəsalınmaz tədbirlər görülməlidir, hərbi qulluqçulara hüquqları barədə silsilə təlimlər keçirilməlidir. Əsgərlərə üzləşdikləri zorakılıqlarla bağlı dərhal ali-hərbi rəhbərliyə məlumat verməsi imkanları yaradılmalıdır. Zabitlərin insan hüquqları, xüsusilə də tabeçiliyində olanlarla münasibətlərinin təkmilləşdirilməsi istiqamətində xüsusi treninqlərə cəlb edilməsi vacibdir. Bu istiqamətdə NATO ölkələrinin təcrübəsindən xüsusi olaraq istifadə etmək olar. Büdcə vəsaitlərinə qənaət etmək üçün online təlimlərin, kursların keçirilməsi praktikasına başlamaq lazımdır;
3) Hərbi hissələrdə əsgərlərin mənəvi-psixoloji durumunun araşdırılmasına məsul şəxslərin peşəkarlığı artırılmalıdır, tərbiyəvi işlər üzrə zabitlərin bu istiqamətdə daim nəzarətdə saxlanılması, onların bilik və bacarıqlarının, o cümlədən onların həm də psixoloq kimi inkişaf etdirilməsi istiqamətində silsilə addımlar atılmalıdır;
4) Hərbi kadrların hazırlanması üzrə xüsusi dövlət strategiyası qəbul edilməlidir. Keyfiyyətcə yeni kadrların hazırlığına başlanılmalıdır və bu istiqamətdə Ali Hərbi Məktəblərin maddi-texniki imkanları, ən vacibi müəllim heyəti keyfiyyətcə yenilənməlidir. NATO üzvü olan ölkələri (xüsusilə də Türkiyə və ABŞ) təmsil edən pedaqoqların milli hərbi təlim-tədris sisteminə cəlb edilməsi vacibdir.
5) Hərbi qulluqçuların sosial rifahı gücləndirilməlidir ki, onlar kobud desək, “bir-birilərinin əlinə baxmasınlar”. Xüsusilə də zabitlərin məvacibləri, onlara mənzil kirayəsi üçün verilən pulun (hazırda 49 manat) həcmi bir neçə dəfə artırılmalıdır. Bu gün arxa cəbhədə leytenant rütbəli zabitlər təxminən 450 manat məvacib alırlar. Hesab edirik ki, bu məvacib minimum 1000 manatdan başlamalıdır;
6) Azərbaycanda Silahlı Qüvvələrin müqaviləli əsasa keçidini nəzərdə tutan dövlət sənədi hazırlanmalıdır. Çağırış sistemi tədricən müqaviləli sistemlə əvəzlənməlidir. Eyni zamanda xeyli hərbi vəzifələrə mülki şəxslərin təyin olunması prosesi genişləndirilməlidir;
7) Ümumilikdə ölkədə Silahlı Qüvvələrin quruculuq strategiyası qəbul edilməlidir ki, hərbi qulluqçular onları gözləyən gələcəyin nədən ibarət olduğunu aydın görə bilsinlər. Hazırkı məqamda hərbi qulluqçular arasında bu peşəyə qarşı inamsızlıq hissi hakimdir. Bu inamsızlığı aradan qaldırmaq lazımdır. Bəlli olmalıdır ki, dövlətin hərbi strategiyası nədir, hansı istiqamətlər prioritetdir və s./Musavat/
21.01.21, 11:22
Maduro: Venesuela Trampa qalib gəldi 21.01.21, 09:50
Azərbaycanda 3106 əkiz, 117 üçəm, 4 dördəm doğulub 21.01.21, 09:37
Pelosi Trampı "qatillərin ortağı" adlandırdı 21.01.21, 09:21
Cəlilabadda qar fəsadlar törədib 21.01.21, 09:17
Trampın Baydenə bir cümləlik məktubu - İnanılmaz 21.01.21, 09:14
Trampdan müəmmalı göstəriş: Övladlarımı qoruyun! 20.01.21, 09:37
ABŞ-da bir gündə 1606 nəfər koronadan öldü 20.01.21, 09:10
Qanlı yanvar: 31 il ötdü - Foto 20.01.21, 09:03
Putin buzlu suya girdi - Video 20.01.21, 09:02
Şuşaya qar yağır - Foto 19.01.21, 09:44
Şuşada şəhidlərimizin adından Xanım Zəhra (s.ə) ehsanı paylandı 19.01.21, 09:35
Ermənilərin hərəkəti vəhşilikdir - İranlı nazir 19.01.21, 09:33
Bakı və Tehran arasında saziş imzalandı 19.01.21, 09:27
Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü 19.01.21, 09:25
ABŞ-da 24,5 milyon insan koronaya yoluxdu 19.01.21, 09:23
Rusiyadan ABŞ-a: Bu, milləti mənəvi ölümə yaxınlaşdırır 19.01.21, 08:59
Amerikanın iki logistik konvoyu hücuma məruz qaldı 18.01.21, 09:32
ABŞ-da silahlı şəxslər parlamenti mühasirəyə aldı 18.01.21, 09:30
Ordudan qayıdan əsgər vəfat etdi 18.01.21, 09:29
ABŞ-da bir gündə 1490 nəfər koronadan öldü 18.01.21, 09:27
Zərifdən fransız nazirə: Cinayətkarları qorumağı dayandırın 18.01.21, 09:22
Suriyada 3 Türkiyə hərbçisi öldürülüb 17.01.21, 09:44
İran ballistik raketlərini sınaqdan keçirdi - Video 17.01.21, 09:17
Konqres binası önündə şok: bir silah və 500 güllə ilə... 17.01.21, 08:57
İmran Xan: Pompeonun İrana qarşı ittihamları 2024-cü il seçkilərində sionistlərin dəstəyini cəlb etmək üçündür 16.01.21, 10:27
ABŞ-ın səhiyyə naziri istefaya getdi 16.01.21, 09:29
İtkin düşən daha bir əsgərimizin şəhid xəbəri gəldi 16.01.21, 09:27
ABŞ-da korona: 400 min ölü, 24 milyon yoluxma 16.01.21, 09:25
ABŞ-da işsizliyə görə müraciətlərin sayı rekorda qalxdı 16.01.21, 09:23
Bayden ABŞ-ı sazişə qaytara bilməyəcək - Rusiya 15.01.21, 15:41
Koronadan ölənlərə yer olmadı, Britaniya bunu etdi 15.01.21, 14:07
İtkin düşmüş zabitimizin şəhid olduğu müəyyənləşdi 15.01.21, 14:06
Lavrov: ABŞ qab-qacaq dükanına girmiş fildir 15.01.21, 14:05
Zərif Lavrovla Moskvada görüşür: Qarabağ... 15.01.21, 13:00
Cəmadius-sani ayının üçü: Həzrət Zəhranın (ə) şəhadət günü 14.01.21, 12:11
Şuşada yol qəzası olub, bir hərbçi həlak olub, iki hərbçi yaralanıbMüdafiə Nazirliyindən açıqlama 14.01.21, 09:35
Dəniz inəyinin üzərinə "Tramp" yazdılar - Foto 14.01.21, 09:30
Britaniyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb 14.01.21, 09:25
Trampın impiçmenti elan edildi 14.01.21, 09:07
Sionist rejimindən Suriyaya vəhşi hücum 13.01.21, 10:25
İtkin düşən daha bir əsgərin nəşi tapıldı 13.01.21, 10:00
Ordumuzun zabiti şəhid oldu 13.01.21, 09:52
İran İslam Respublikası Oman körfəzində təlimə başladı 13.01.21, 09:48
Zərif: Pompeo karyerasını acınacaqlı şəkildə bitirir 13.01.21, 09:47
Avropalı siyasətçilər Pompeo ilə görüşdən imtina etdi 13.01.21, 09:42
Lukaşenko: Həyat elə qısadır ki... 13.01.21, 09:41
Rusiya vaksin tədarükümüzü təhdid edir - ABŞ 12.01.21, 10:44
Bakıda gənc oğlan bıçaqlanıb 12.01.21, 09:27
İnsanın seçdiyi yol onun mahiyyətini dəyişir 12.01.21, 09:06
Bayden: Tramp dərhal postu tərk etməlidir 12.01.21, 09:03
ABŞ-ın 50 şəhərində silahlı... 12.01.21, 09:01
Belçikada azərbaycanlı itkin düşdü 11.01.21, 09:51
Dünyada koronaya yoluxanların sayı 90 milyona çatdı 11.01.21, 09:49
Corc Buşun bibisi qocalar evində koronadan öldü 11.01.21, 09:47
İran ABŞ-ın 54 bazasını yox edə bilər - General 10.01.21, 20:31
ABŞ-da atışma: 5 ölü, 2 yaralı 10.01.21, 20:29
Əl Tani Körfəz ölkələrini İranla dialoqa çağırdı 10.01.21, 20:27
Daha bir əsgərimiz intihar etdi 10.01.21, 20:21
Yəməndə Türkiyə istehsalı olan ikinci Karayel vuruldu - Foto 10.01.21, 09:23
Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirilib 10.01.21, 09:17
Britaniyada koronavirusdan ölənlərin sayı 80 mini keçib 10.01.21, 09:15
Hərbi vəzifəli əsgər intihar edib 10.01.21, 09:10
Türkiyə ordusu itki verdi 10.01.21, 08:59
Demokratiya təcrübəmizi ABŞ-la bölüşə bilərik - CAR 09.01.21, 09:49
İraq Ali Məhkəməsi Trampın həbs edilməsinə dair hökm çıxardı 07.01.21, 13:06
NAMAZ MANEƏ TANIMIR - VİDEO 07.01.21, 13:01
BİZ HÜSEYN (Ə) DAVAMÇILARIYIQ - VİDEO 07.01.21, 09:29
Vətən Müharibəsi qazisi intihar etdi - FOTO 07.01.21, 09:14
Trampdan tərəfdarlarına: Gedin evə! 07.01.21, 09:13
Amerikalılar mühasirəyə alındı: 5 hərbçi öldürüldü 07.01.21, 09:09
Çin ABŞ-ı təhdid etdi: Lazımi cavabı verəcəyik 07.01.21, 09:06
Britaniyada sutkada koronavirusdan 1000-dən çox ölüm halı qeydə alınıb- Apreldən bəri ilk dəfə 07.01.21, 09:04
KONQRESDƏ ATIŞMA: bir qadın yaralandı, iclas dayandırıldı – Milli Qvardiyanın hərbçiləri hərəkətə keçdi + VİDEO/FOTO 07.01.21, 08:58
Biz istəmirik ki, bir səhər oyanaq və... - Səfir 06.01.21, 20:44
İran “Kərrar” PUA-larını sınaqdan keçirdi 06.01.21, 10:53
Ərdəbil valisi: Ərdəbil əyaləti Qarabağın yenidən qurulmasında rəqabəti olmayan üstünlüklərə sahibdir 06.01.21, 09:47
İtkin düşmüş şəhidimizin meyiti tapıldı 06.01.21, 09:45
Ölkəmizdə daha bir həkim koronadan öldü 06.01.21, 09:43
ABŞ-da bir gündə 2435 nəfər koronadan öldü 06.01.21, 09:34
Tramp: Ağ Evi Co Baydenə təhvil verməyəcəyəm 04.01.21, 12:28
Əllamə Ayətullah Misbah Yəzdinin alimlərin nəzərində 04.01.21, 12:21
Şəhid Qasim Süleymaninin öz həyat yolu barədə qələmə aldığı gündəliyə, Ayətullah Xameneinin qeydi yayımlanıb 03.01.21, 12:55
ABŞ-da koronavirus:ölənlərin say 350 mini keçib 03.01.21, 12:51
Rusiyalı aparıcı canlı yayımda intihar edib 03.01.21, 12:12
Hacı Qasim Süleymaninin evindəki lövhədə... 03.01.21, 10:17
Rusiya MN Qarabağla bağlı məlumat yaydı 03.01.21, 10:14
Azərbaycanda baş həkim və yoldaşı koronadan öldü 03.01.21, 09:55
Kanadada helikopter qəzaya uğradı: ölənlər var 03.01.21, 09:54
8 senator Trampın müdafiəsinə qalxdı 02.01.21, 21:27
Ayətullah Xamenei: O bir məktəbdir...