24 İyun 2014
“Sovetski” hasarlandı: Narazı sakinlər isə etirazlarını davam etdirirlər - Fotolar

“Əvvəlcə sakinlərin hamısı dedi ki, evlərini satmayacaqlar. Amma bir müddət sonra hamısı öz sözündən vaz keçdi”.
Bu sözləri musavat.com-un əməkdaşına “Sovetski” sakinləri deyib.
Keçmiş “Sovetski”, indiki Nərimanov prospektinin ətrafı hasarlanıb. Sakinlərdən aldığımız məlumata görə, hasarlanmanın səbəbi həmin evlərin satılmasıdır. Adı çəkilən ərazidə olduq. Həqiqətən də yolun sağ tərəfi metal örtüklə sona qədər hasarlanmışdı.
Sakinlərdən aldığımız məlumata görə, hasarlanan ərazidə yaşayanların çoxu icra orqanının təklif etdiyi kompensasiya ilə razılaşıblar. Buna görə də, söküləcək ərazi hasarlanıb. Ərazinin hasarlanması Yasamal rayon İcra Hakimiyyətinin göstərişi əsasında olub.
Hasara alınmış ərazidə yaşayan sakinlərə yaxınlaşdıq. Onların böyük hissəsi evini deyilən qiymətə, yəni, bir kvadratı 1500 manatdan satmağa razılaşıblar.
“Məcbur qalıb razılaşdım. Pulumu gözləyirəm”
İcra Hakimiyyəti ilə razılaşan sakinlərdən biri olan Sadıq Fərəcovun dediklərinə görə, o, öz evini məcbur olaraq satıb: “Mən lap əvvəldən evlərimizin sökülməsindən narazı olanlardan biriyəm. Axıra qədər də satmaq fikrim yox idi. Amma məcbur qaldım. Çünki sağ və sol qonşum çoxdan razılaşıblar. Artıq başqa yerdə ev də alıblar. Bu yaxında həmin evləri sökəcəklər. Söküntü zamanı toz-torpaq əlindən burada yaşamaq olmazdı. Ən əsası da qazı, suyu, işığı kəsəcəklər. Mənim də evdə iki nəvəm var. Məcbur qalıb, razılaşdım. Pulumu gözləyirəm”.
“Bəlkə boğularaq, ölməyimizi istəyirlər?”
Hələ də verilən pullarla razılaşmayan sakinlər də var. Onlardan biri də 68 yaşlı Xanım nənədir: “Mən neçə ildir ki, burada yaşayıram. Heç yerə gedən deyiləm. Kimlərisə qorxudaraq, məcburən evini ala bilərlər. Məni isə qorxutmaq mümkün deyil. Heç kəsdən qorxmuram. Verdikləri pulla mən heç yerdə ev ala bilmərəm. Gəlib evimin yanını dəmir parçalarla hasarlayıblar. Pəncərədən bayıra baxa bilmirəm. Evimə hava gəlmir. Bəlkə boğularaq, ölməyimizi istəyirlər?”
“Bizdən nə istəyirlər? Yaşamayaq..?”
Yol kənarında ticarətlə məşğul olan sahibkarlar da şikayət edirlər: “Bizdən nə istəyirlər? Yaşamayaq..? Bir tikə çörək pulu üçün burada saatlarla dayanırıq. Gəlib, obyektimizin qabağını hasarlayıblar. Yoldan keçən haradan bilsin ki, hasarın dalında mağaza var? Belə biabırçılıq olmaz, axı...”
“Ümidim Allaha qalıb”
Adı çəkilən ərazidə olduğumuz müddətdə divara yapışdırılmış elanlar diqqətimizi çəkdi. Həmin elanlar ev və torpaq satılması haqqında idi. Elan vərəqələrində əsasən Bakının kəndlərində və qəsəbələrində satılan evlərin qiymətləri yer alırdı.
Elanlara baxdığımız zaman “Sovetski” sakinlərindən biri bizə yaxınlaşdı: “Görürsünüz? Elanlarda da bizə bildirirlər ki, bizə verilən pulla ancaq Bakının kəndlərində ev almaq olar. Kimin evinin sahəsi böyükdürsə, ona sərf edir. Alacağı pulla normal ev ala bilirlər. Digərlərinin isə mənim kimi ümidi Allaha qalıb. Bəziləri deyirlər ki, evi balaca olanlara dövlət tərəfindən ev veriləcək. Amma hələlik bir xəbər yoxdur”.
Xatırladaq ki, Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, İcra Hakimiyyətinin nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamov mətbuata açıqlamasında bildirmişdi ki, “Sovetski” məhəlləsində bu günə qədər 3200 ünvanda ölçmə və inventarlaşdırma aparılıb, 1500 sakin tərəfindən isə mülkiyyətlərinin dövlətə satılması ilə əlaqədar müraciət edilib, 1043 mənzil sahibi ilə razılaşma əldə edilib, 140 mənzil sökülüb./musavat/





















24.02.21, 09:28
Bakıda 36 yaşlı kişi özünü bıçaqladı 24.02.21, 09:23
Britaniyada son sutkada 548 nəfər koronavirusdan həyatını itirdi 24.02.21, 09:18
Bakıda bir evdə tapılan 5 gəncin ölüm səbəbi - Rəsmi 24.02.21, 08:54
Rusiya ən güclü gəmisini Norveç sərhədinə göndərdi 24.02.21, 08:53
Daha bir müharibə iştirakçısı özünə qəsd etdi 23.02.21, 11:54
Azərbaycanda qazi intihar etdi 23.02.21, 10:55
ABŞ səfirliyinin yerləşdiyi bölgə raket atəşinə tutuldu 23.02.21, 09:43
Yəmən ordusu yeni ərazilər işğaldan azad etdi 23.02.21, 09:33
Duada açar əməllər 20.02.21, 16:21
ABŞ-da koronadan ölənlərin sayı yarım milyonu ötdü 20.02.21, 16:14
MAQATE rəhbəri İrana gəldi 20.02.21, 16:10
İtkin düşən XTQ gizirinin şəhid xəbəri gəldi 17.02.21, 12:14
ABŞ: Rusiya NATO üçün təhdiddir 17.02.21, 12:13
Seyid Həsən Nəsrullah: İsrail savaş başlatsa... 17.02.21, 10:41
Mingəçevirdə qadın özünü Kürə atdı 17.02.21, 10:20
13 türkiyəlini öldürən kürdün kimliyi açıqlandı 17.02.21, 10:16
İran yeni "ağıllı" raketinin sınağını keçirdi 17.02.21, 10:00
Qaradağlı faciəsindən 29 il ötür 17.02.21, 09:58
ABŞ-da odlu silahların daşınması... 17.02.21, 09:55
Kataloniyada kütləvi iğtişaşlar başladı 16.02.21, 09:45
ABŞ aviabazası raket atəşinə tutuldu 16.02.21, 09:43
Daha bir hərbçimizin şəhid xəbəri gəldi 16.02.21, 09:42
İran nüvə protokolundan bu tarixdə çıxacaq... 16.02.21, 09:11
Ərdoğan Amerikanın PKK-nı dəstəkləməsini pislədi 14.02.21, 09:14
Rəcəb ayının orucu haqqında heyrətləndirici savab 11.02.21, 09:06
Yəmən ordusu Ərəbistan qırıcılarının saxlandığı yuvanı vurub 10.02.21, 12:41
İnsanların ən pisi kimdir? 10.02.21, 12:22
İranda İslam İnqilabının 42-ci il dönümü qeyd edilir - Fotolar 09.02.21, 10:23
Votsapda yeni funksiya yaradılır 09.02.21, 10:10
Rəcəb ayı yaxınlaşır-Dai mələkin nidası 08.02.21, 10:00
Zərif Baydenin cavabını verdi: Təkrar... 08.02.21, 09:42
Cəbrayılda 3 nəfər minaya düşdü: 1-nin cəsədi tapıldı 08.02.21, 09:39
General: Rusiya proqramı bitirir, ABŞ isə bərbad gündədir 08.02.21, 09:22
Yəməndə 4 ərəbistanlı zabit məhv edilib 07.02.21, 11:48
Trampın son günləri ABŞ-a yarım milyarda başa gəlib 07.02.21, 10:08
4 aydır itkin düşən hərbçimizin şəhid xəbəri gəldi 07.02.21, 09:59
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür 07.02.21, 09:54
Salyanda ana doğuşdan sonra ölüb 07.02.21, 09:41
Baydendən Trampa qadağa: ABŞ tarixində bir ilk... 07.02.21, 09:37
BƏƏ ABŞ agentlərini pulla özünə işlədib - NYT 07.02.21, 09:32
Ayətullah Məhəmməd Cavad Lənkərani: Hüzuri-qəlbin maneələri 06.02.21, 10:08
Bakıda 23 yaşlı gənc bıçaqlandı 06.02.21, 10:03
Bayden: “36 milyon amerikalı aclıqdan əziyyət çəkir” 06.02.21, 09:57
ABŞ-da COVID-19:ölənlərin sayı 455 mini ötüb 06.02.21, 09:39
İsveçrədə 6 nəfər peyvənddən öldü 06.02.21, 09:34
Üç ölkənin səfirləri buna görə Rusiyadan qovuldu 06.02.21, 09:16
Türküstani terror qrupunun 15 üzvü məhv edilib 04.02.21, 10:29
“Ağlı başında olan heç bir general bizimlə...” - Anatoli Antanov 04.02.21, 09:31
Fransada naməlum şəxs maşını insanların üzərinə sürdü 04.02.21, 09:29
İtkin düşən daha bir əsgərimizin şəhid xəbəri gəldi - Foto 04.02.21, 09:27
Pentaqon rəhbəri Trampın adamlarını işdən çıxardır 04.02.21, 09:26
İslam İnqilabının elmi baxımdan nailiyyətləri 04.02.21, 09:14
ABŞ-da 460 min insan koronadan öldü 03.02.21, 11:33
Bu gün Xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud günüdür 02.02.21, 10:21
Bakıda parkda gənc naməlum şəxs tərəfindən bıçaqlanıb 02.02.21, 10:04
FIFA prezidenti:"DÇ-2022 azarkeşlərlə keçiriləcək" 02.02.21, 09:48
Daha bir baş həkim koronadan vəfat etdi 02.02.21, 09:46
Sülhməramlıların yardımı ilə hərbçilərimiz sərbəst buraxıldı 02.02.21, 09:43
ABŞ və Rusiyanın döyüş meydanına çevrilirik 01.02.21, 10:00
Portağal 01.02.21, 09:55
Xüsusi təyinatlı zabit hərbi hissədə intihar etdi 01.02.21, 09:50
Bakı sakini ürəyindən bıçaqlanıb 01.02.21, 09:48
"WhatsApp"dan növbəti yenilik 01.02.21, 09:37
Myanmada müsəlmanları qətliam edən Prezident saxlanıldı 01.02.21, 09:28
Türkiyədə maşınlar sel suları altında qaldı 01.02.21, 09:25
Əsəbləri sakitləşdirən "İbn Sina möcüzəsi" 01.02.21, 09:21
İşğalçı İsrailin PUA-sı ələ keçirildi 01.02.21, 09:02
ABŞ-da vətəndaş müharibəsi hazırlığı 31.01.21, 11:41
Rusiya ilə güc dilində danışmaq məsləhət deyil - Şeremet 31.01.21, 09:47
ABŞ-da hərbçilər antifriz içib zəhərləniblər 31.01.21, 09:06
İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi 31.01.21, 09:03
Murovdağda itkin düşən zabitimizin nəşi tapıldı 31.01.21, 09:02
Kəlbəcərdə xidmət edən əsgərimiz vəfat etdi 30.01.21, 10:54
Ucar sakini intihar edib 30.01.21, 09:49
Xərçəngin dərmanıdır: Hər gün balaca bir soğan yeyin! 30.01.21, 09:46
Abşeronda 40 yaşlı kişi qətlə yetirildi 30.01.21, 09:45
Çində korrupsioner məmur edam edildi 30.01.21, 09:40
Abşeronda 40 yaşlı kişi qətlə yetirildi 30.01.21, 09:37
ABŞ-da korona ilə bağlı son vəziyyət 28.01.21, 09:55
“”Tokio-2020″ ləğv edilməyəcək” –Tomas Bax 28.01.21, 09:38
Yəməndəki böhrana Səudiyyə səbəb oldu - Blinken 28.01.21, 09:17
İran: Səhv etsəniz Hayfa və Təl-Əvivi yerlə yeksan edəcəyik 27.01.21, 09:23
Bakıda intihar hadisəsi- Qadın özünü altıncı mərtəbədən atıb 27.01.21, 09:22
Britaniyada 100 mindən çox insan koronavirusdan ölüb 27.01.21, 09:16
ABŞ-da bir gündə 2513 nəfər koronadan öldü 27.01.21, 09:14
Slovakiyada peyvənd olunan şəxs öldü 27.01.21, 09:09
Məsud Barzani: Ərbilin köməyinə ilk olaraq İran gəldi - Video 26.01.21, 12:27
Quterreş: Dünya iki yerə bölünə bilər 26.01.21, 09:33
Dünyada 100 milyon insan koronaya yoluxdu 26.01.21, 09:31
Çin ABŞ-a meydan oxuyur, biz isə dözürük... - Psaki 26.01.21, 09:30
Terrorçular Suriya əsgərlərinə hücum etdi