Şrift ölçüsü:
A+
A
A-
Kr
11 İyul 2014

Əsir düşən kəlbəcərlinin qardaşı danışdı

Əsir düşən kəlbəcərlinin qardaşı danışdı: "...Çox narahatıq"

Əsir düşən kəlbəcərlinin qardaşı danışdı:
Ermənistan silahlı qüvvələrinə əsir düşən Tərtərin Qapanlı kənd sakini 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlunun əvvəllər də bir neçə dəfə işğal altındakı torpaqlara getdiyi bildirilir. Bir müddət əvvəl Şahbaz Quliyev Kəlbəcərə gedərək orada video çəkilişlər aparıb.

Ş.Quliyevin böyük qardaşı İlham Quliyev Teleqraf.com-a bildirib ki, onun əsir düşməsindən xəbərsizdir.

Sumqayıtda yaşayan İ.Quliyev qardaşının hərbçi olmadığını deyib: "O, daha əvvəl də Kəlbəcərə gedib. Neçə dəfə demişik ki, həyatını təhlükəyə atma. Xeyri olmadı. Çox narahatıq".

İ.Quliyev həmçinin bildirdi ki, əsir düşən qardaşı ailəlidir, bir qızı var: "İyunun 18-dən sonra ondan xəbərimiz yoxdur. O, Qarabağa tək getmirdi".
2717 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.07.21, 08:37
ABŞ bazasına hücum
23.07.21, 16:16
Qədir Xum
18.07.21, 07:55
ABŞ-da atışma, 8 yaralı
Go to TOP