Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Oktyabr 2013

"ABŞ rəhbərliyinə etimad etmirik"

Ayətullah Xamenei: «İran hökumətinin diplomatik səylərini dəstəkləyirik, ancaq ABŞ rəhbərliyinə etimad etmirik»

Ali Dini Lider, Ayətullah Əli Xamenei ölkə prezidenti Həsən Ruhaninin ABŞ səfərinə münasibət bildirib.

APA-nın «Mehr» xəbər agentliyinə istinadən məlumatına görə, Ayətullah Xamenei deyib ki, İranın dövlət rəsmilərinin Nyu-York səfəri zamanı həyata keçirdiyi diplomatik fəaliyyəti dəstəkləyir: «Ümumiyyətlə, diplomatik səyləri mühüm sayırıq. Ancaq amerikalılara heç etimad etmirik. Çünki ABŞ rəhbərliyi etibarsız, özünü hər kəsdən üstün tutan və sözünə əməl etməyən bir rəhbərlikdir. Onlar beynəlxalq sionizmin təsir dairəsindədir. Ona görə də ABŞ rəhbərliyi sionistlərin xətrinə bu qəsbkar rejimlə (İsrail) birlikdə addımlamağa və yumşaq mövqe nümayiş etdirməyə məcburdur».

Ali Dini Lider İran xalqının düşmənlərinin iyrənc təhdidlərini eşitdiklərini deyərək, hər cür təhdidə qarşı ciddi və ağır cavab veriləcəyini vurğulayıb.
5396 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP