04 May 2015
“Qardaşımın qanını batırırlar...”

“Onu döyüb öldürən Firdosi, Faiq, Rahib bilsinlər ki, mən qardaşımın qanını yerdə qoyan deyiləm”
Dekabrın 22-də Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində dünyasını dəyişən məhkum Elşad Babayevin yaxınları istintaqın gedişindən narazıdırlar. Məhkumun bacısı Simuzər Babayeva “Yeni Müsavat”a deyib ki, qardaşının öldürülməsinin araşdırılması əvəzinə iş üzrə şahidlik edib həqiqəti söyləyən və söyləyə biləcək məhkumlara qarşı aqressiv münasibət sərgilənir.
Onlara ciddi problemlər yaradılır. Bundan başqa qardaşının döyülərək öldürülməsində iştirak etmiş cəzaçəkmə müəssisəsi əməkdaşları da tutduqları vəzifədən uzaqlaşdırılmayıblar: “Həmin əməkdaşlar şahidlik edə biləcək məhkumlara nəzarət edir. Belə bir vəziyyətdə hansı istintaqdan söhbət gedə bilər? Müstəntiq gedib məhkumu dindirdi, məhkum da həqiqəti dedi. Ondan sonra müstəntiq cəzaçəkmə müəssisəsini tərk edib gedir. Məhkumla ona nəzarət edən türmə işçisi üz-üzə qalır. Belə bir vəziyyətdə işin obyektiv aparılacağına kim zəmanət verə bilər?
Mənim qardaşımı türmə işçiləri məhkumların gözü qarşısında döyüb öldürüblər. Həmin məhkumların bəzilərinin başına oyun açdılar. Onları xəstə adı ilə ”tubzon"a göndərib orada amansız işgəncələrə məruz qoydular. Bu qanunsuzluqlar bu gün də davam edir"
S.Babayeva qardaşının ölüm səbəbinin saxtalaşdırldığını və cinayət işinin gedişatının daha çox olayın ört-basdır olunmasına xidmət etdiyini deyib: “Qaradağ Rayon Məhkəmə Tibb Ekspertizasından mənə verilən ölüm kağızında yazıblar ki, güya qardaşım ürək tutmasından - kardiomiopatiyadan ölüb. Amma türmədə hamı bilir ki, qardaşımın ölümünə səbəb ona verilən işgəncələrdir, döyülmə zamanı aldığı xəsarətlərdir. Onun ürəyi heç vaxt ağrımayıb. Həmin rəyi verən məhkəmə tibb ekperti qardaşımı öldürənlərə şərik oldu.
Onların cinayətinin öz saxta rəyi ilə gizlədilməsinə xidmət etdi. Həmin ekspertin də cəzalandırılması məsələsini prokurorluq həll etməlidir. Mən demişəm, bir daha təkrar edirəm, qardaşımın qatilləri cəzalarını almayınca mübarizə aparacağam. Hamı bilir ki, Elşada işgəncəni dekabrın 13-də veriblər. Qardaşımı ölümündən 10 gün əvvəl ”do prixod" aparıb orada döyüb işgəncələrə məruz qoyublar. Onu orada 10 gün betonun üstündə saxlayıblar. Dekabrın 22-nə qədər qardaşıma çörək-su verməyiblər. Sonradan onu ölümcül durumda “kars”a köçürüblər. Bunu edənlər cəzalarını alacaqlar. Elşadı öldürənlər türmədə məhkumları döyməklə, işgəncə verməklə ad çıxaran nəzarətçilər Firdosi, Faiq, Rahibdir. Qardaşımı döyüb öldürən Firdosi, Faiq, Rahib evlərində rahat yatmasınlar, bilsinlər ki, mən qardaşımın qanını yerdə qoyan deyiləm. Cavab verəcəklər. Qanun qarşısında, Allah qarşısında etdiklərinin qarşılığı olacaq".
S.Babayevanın qardaşının öldürülməsi haqda dürüst ifadə verə biləcək məhkumlardan biri də baş redaktor Araz Quliyevdir. Onun barəsində bu il martın 19-da 14 saylı Cəzaçəkmə Müəssisəsində səyyar məhkəmə keçirilib.14 saylı CÇM-də keçirilən məhkəmədə Qaradağ Rayon Məhkəməsi Araz Quliyevin 3 il müddətinə Qobustan Qapalı həbsxanasına köçürülməsi haqda qərar qəbul edib. Qərarda A.Quliyevin həbsxanada intizam qaydalarını pozduğu, müəssisənin təmir işlərinə köməklik etmədiyi, dustaqlar arasında dini təbliğat apardığı(?!), dini mərsiyələr oxuduğu qeyd olunub. Araz Quliyev və onun vəkili Yavər Hüseyn qərarı əldə edəndən sonra apelyasiya şikayəti veriblər. Elşad Babayev 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən karserdə öldürüldükdən sonra məhkumlar E.Babayevin ölümünə görə etiraz aksiyası keçiriblər. Aksiyada türmənin bir neçə əməkdaşını döyülməkdən xilas edən, həmçinin müəssisəyə ziyan vurmağa çalışan məhkumların qarşısını alan, üsyanı sakitləşdirməyə çalışan hicab məhbusları - Araz Quliyev, Anar Qasımlı, Ramil Vəliyev, Rza Ağalı, İlham Hətəmov və digər dustaqlar 14 saylı həbsxananın rəisi Əli İbrahimov tərəfindən işgəncələrə məruz qalıblar.
Hazırda Qobustan həbsxanasında olan Araz Quliyev ilə bağlı şikayət Bakı Apelyasiya Məhkəməsində icraata verilib. İş Bakı Apelyasiya Məhkəməsinin hakimi Vaqif Mursaqulovun icraatına verilib. Yaxın günlərdə iş üzrə məhkəmənin keçirilmə vaxtı məlum olacaq.
Yada salaq ki, məhkum Elşad Babayevin ölümündən sonra onun meyiti Qaradağ rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. Bacısı S.Babayeva orada qardaşının fotolarını çəkib və ictimailəşdirib. İş üzrə araşdırma aparmalı olan istintaq orqanına də həmin fotoları təqdim edib. Məhkumun ölümü ilə bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci - vəzifə səlahiyyətlərini aşma maddəsi ilə cinayət işi başlanıb. Elşad Babayevin işgəncələrlə öldürülməsini Qaradağ Prokurorluğunda məhz belə qiymətləndiriblər. Prokurorluq orqanının bir məhkumun döyülərək, işgəncə verilərək öldürülməsinə yanaşması ölkənin cəzaçəkmə yerlərində yeni qanlı cinayətlərə yol açacağı şübhəsizdir. Fakt budur ki, məhkumu öldürənlər bu gün 14 saylı Cəzaçəkmə Müəssisəsində çalışır və 2015-ci ilin dekabrında oxşar cinayətə yol verəməyəcəklərinə də təminat yoxdur. /musavat/
15.01.21, 15:41
Koronadan ölənlərə yer olmadı, Britaniya bunu etdi 15.01.21, 14:07
İtkin düşmüş zabitimizin şəhid olduğu müəyyənləşdi 15.01.21, 14:06
Lavrov: ABŞ qab-qacaq dükanına girmiş fildir 15.01.21, 14:05
Zərif Lavrovla Moskvada görüşür: Qarabağ... 15.01.21, 13:00
Cəmadius-sani ayının üçü: Həzrət Zəhranın (ə) şəhadət günü 14.01.21, 12:11
Şuşada yol qəzası olub, bir hərbçi həlak olub, iki hərbçi yaralanıbMüdafiə Nazirliyindən açıqlama 14.01.21, 09:35
Dəniz inəyinin üzərinə "Tramp" yazdılar - Foto 14.01.21, 09:30
Britaniyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb 14.01.21, 09:25
Trampın impiçmenti elan edildi 14.01.21, 09:07
Sionist rejimindən Suriyaya vəhşi hücum 13.01.21, 10:25
İtkin düşən daha bir əsgərin nəşi tapıldı 13.01.21, 10:00
Ordumuzun zabiti şəhid oldu 13.01.21, 09:52
İran İslam Respublikası Oman körfəzində təlimə başladı 13.01.21, 09:48
Zərif: Pompeo karyerasını acınacaqlı şəkildə bitirir 13.01.21, 09:47
Avropalı siyasətçilər Pompeo ilə görüşdən imtina etdi 13.01.21, 09:42
Lukaşenko: Həyat elə qısadır ki... 13.01.21, 09:41
Rusiya vaksin tədarükümüzü təhdid edir - ABŞ 12.01.21, 10:44
Bakıda gənc oğlan bıçaqlanıb 12.01.21, 09:27
İnsanın seçdiyi yol onun mahiyyətini dəyişir 12.01.21, 09:06
Bayden: Tramp dərhal postu tərk etməlidir 12.01.21, 09:03
ABŞ-ın 50 şəhərində silahlı... 12.01.21, 09:01
Belçikada azərbaycanlı itkin düşdü 11.01.21, 09:51
Dünyada koronaya yoluxanların sayı 90 milyona çatdı 11.01.21, 09:49
Corc Buşun bibisi qocalar evində koronadan öldü 11.01.21, 09:47
İran ABŞ-ın 54 bazasını yox edə bilər - General 10.01.21, 20:31
ABŞ-da atışma: 5 ölü, 2 yaralı 10.01.21, 20:29
Əl Tani Körfəz ölkələrini İranla dialoqa çağırdı 10.01.21, 20:27
Daha bir əsgərimiz intihar etdi 10.01.21, 20:21
Yəməndə Türkiyə istehsalı olan ikinci Karayel vuruldu - Foto 10.01.21, 09:23
Bakı sakini ürəyindən bıçaqlanaraq qətlə yetirilib 10.01.21, 09:17
Britaniyada koronavirusdan ölənlərin sayı 80 mini keçib 10.01.21, 09:15
Hərbi vəzifəli əsgər intihar edib 10.01.21, 09:10
Türkiyə ordusu itki verdi 10.01.21, 08:59
Demokratiya təcrübəmizi ABŞ-la bölüşə bilərik - CAR 09.01.21, 09:49
İraq Ali Məhkəməsi Trampın həbs edilməsinə dair hökm çıxardı 07.01.21, 13:06
NAMAZ MANEƏ TANIMIR - VİDEO 07.01.21, 13:01
BİZ HÜSEYN (Ə) DAVAMÇILARIYIQ - VİDEO 07.01.21, 09:29
Vətən Müharibəsi qazisi intihar etdi - FOTO 07.01.21, 09:14
Trampdan tərəfdarlarına: Gedin evə! 07.01.21, 09:13
Amerikalılar mühasirəyə alındı: 5 hərbçi öldürüldü 07.01.21, 09:09
Çin ABŞ-ı təhdid etdi: Lazımi cavabı verəcəyik 07.01.21, 09:06
Britaniyada sutkada koronavirusdan 1000-dən çox ölüm halı qeydə alınıb- Apreldən bəri ilk dəfə 07.01.21, 09:04
KONQRESDƏ ATIŞMA: bir qadın yaralandı, iclas dayandırıldı – Milli Qvardiyanın hərbçiləri hərəkətə keçdi + VİDEO/FOTO 07.01.21, 08:58
Biz istəmirik ki, bir səhər oyanaq və... - Səfir 06.01.21, 20:44
İran “Kərrar” PUA-larını sınaqdan keçirdi 06.01.21, 10:53
Ərdəbil valisi: Ərdəbil əyaləti Qarabağın yenidən qurulmasında rəqabəti olmayan üstünlüklərə sahibdir 06.01.21, 09:47
İtkin düşmüş şəhidimizin meyiti tapıldı 06.01.21, 09:45
Ölkəmizdə daha bir həkim koronadan öldü 06.01.21, 09:43
ABŞ-da bir gündə 2435 nəfər koronadan öldü 06.01.21, 09:34
Tramp: Ağ Evi Co Baydenə təhvil verməyəcəyəm 04.01.21, 12:28
Əllamə Ayətullah Misbah Yəzdinin alimlərin nəzərində 04.01.21, 12:21
Şəhid Qasim Süleymaninin öz həyat yolu barədə qələmə aldığı gündəliyə, Ayətullah Xameneinin qeydi yayımlanıb 03.01.21, 12:55
ABŞ-da koronavirus:ölənlərin say 350 mini keçib 03.01.21, 12:51
Rusiyalı aparıcı canlı yayımda intihar edib 03.01.21, 12:12
Hacı Qasim Süleymaninin evindəki lövhədə... 03.01.21, 10:17
Rusiya MN Qarabağla bağlı məlumat yaydı 03.01.21, 10:14
Azərbaycanda baş həkim və yoldaşı koronadan öldü 03.01.21, 09:55
Kanadada helikopter qəzaya uğradı: ölənlər var 03.01.21, 09:54
8 senator Trampın müdafiəsinə qalxdı 02.01.21, 21:27
Ayətullah Xamenei: O bir məktəbdir... 02.01.21, 20:30
Finlandiya qəzeti yazır: Süleymani və Mühəndisin terror edilməsi, Amerikanın İŞİD-ə hədiyyəsi idi 02.01.21, 20:17
Qasim Süleymani: İmam Zaman (əc) zühur edəndə ona ilk qoşulan Azərbaycan əhalisi olacaq 02.01.21, 13:22
Mina partlayışları: 6 nəfər həlak oldu, 8 nəfər... 02.01.21, 10:23
İranın Qüds Qüvvələrinin komandiri: “Evinizin içində belə şəhid Süleymaninin qətlinə cavab verənlər ola bilər” 02.01.21, 10:16
Ayətullah Misbah Yəzdi vəfat edib 02.01.21, 10:02
Amerikalı terrorçular soyuqqanlıqla suriyalı uşağı öldürdülər 01.01.21, 18:17
BAŞ ƏYMƏYİB ZALIMLARA ƏSLA... - Video 31.12.20, 17:23
DÜNYANI LƏRZƏYƏ GƏTİRƏN BİR ŞƏXSİN... - VİDEO 31.12.20, 09:19
ABŞ-da bir gündə 2405 nəfər koronadan öldü 30.12.20, 09:35
Maduro buna görə Putinə təşəkkür etdi 30.12.20, 09:28
İraqda yenə Amerika hərbi konvoyuna hücum edildi 29.12.20, 10:27
DAHA İKİ ƏSİR AZƏRBAYCANA QAYTARILDI 29.12.20, 09:06
Salyanda ata qızını güllələdi, sonra intihar etdi 29.12.20, 08:59
İranlı komandan Araz sahilində... 29.12.20, 08:55
Pekində fövqəladə vəziyyət elan olundu 28.12.20, 12:03
Hizbullah: Raketlərimizin sayı iki dəfə artdı 28.12.20, 10:18
Hərbçimizin nəşi 87 gündən sonra... 28.12.20, 09:30
Mərakeş əhalisi sionist rejimi ilə sazişə etiraz edir 28.12.20, 09:27
Daha bir həkim koronadan vəfat etdi 28.12.20, 09:26
ABŞ-da 340 min insan koronadan öldü 28.12.20, 09:24
Kreml: Zelenski Putinin qəlbinə toxundu 28.12.20, 09:21
Rusiyadan ABŞ-a xəbərdarlıq: Tədbirlər görəcəyik! 28.12.20, 09:20
Rusiyadan NATO-ya xəbərdarlıq 28.12.20, 09:17
Bir əsgərimiz şəhid oldu, 6 erməni məhv edildi – Son dəqiqə