16 İyul 2024
İMAM HÜSEYN (Ə) KƏRBƏLADA

Cəmiyyət belə bir hədə-qorxudan təsirlənərək Kərbəlaya doğru üz tutdu. Hətta, Rey şəhərinin hakimi və müşrik deyləmilərlə döyüşmək məqsədilə İrana doğru hərəkətə hazırlaşan Ömər ibn Səd ibn Vəqqas, İbn Ziyad tərəfindən Hüseynin (ə) işini bitirdikdən sonra Reyin valiliyini öhdəsinə alması üçün Kərbəlaya gəlməsinə dair əmr aldı və Kufə ordusunun sərkərdəliyinə təyin edildi. O, Kərbəla məsələsi üzərində daxili nigarançılığını geridə qoyub, nəhayət, Rəsulullahın (s) övladının qanının axıdılması bahasına olsa da, Rey valiliyinə şahib olmağa üstünlük verdi və Kərbəlaya yola düşdü.
İbn Ziyad “Aşura”dan bir neçə gün əvvəl Ömər ibn Sədə məktub yazıb İmama (ə) su verilməməsi əmrini verdi: “Hüseynlə su arasında fasilə sal ki, hətta bir damla su belə içə bilməsinlər.” Başqa bir məktubda da belə yazdı: “Eşitmişəm ki, Hüseyn (ə) və səhabələri sudan istifadə edirlər. Bu məktubu alan kimi, mümkün qədər onların qarşısını al və suyun onların üzünə bağlanmasında ciddi ol.” (“İmamların ictimai-siyasi həyatı”, Ustad Rəsul Cəfəri, imam Hüseynin (ə) həyatı.)
İmam Hüseyn (ə) ömrünün son günlərində bir neçə dəfə İbn Sədlə görüşdü və onu məmur olunduğu ağır cinayətdən imtina etdirməyə çalışdı. Amma – tarixi rəvayətlərə görə – Rey valiliyi onun ağlını əlindən almışdı.
Xətib Xarəzmi yazır: Hüseyn ibn Əli (ə) öz dostlarından olan Əmr ibn Qərəzə Ənsari ilə Ömər ibn Sədə xəbər göndərdi ki, İmam (ə) onunla görüşüb söhbət etmək istəyir. Ömər Səd bu təklifi qəbul etdi. İmam Hüseyn (ə) gecə yarısı öz dostlarından iyirmi nəfərlə birlikdə iki qoşunun arasında qurulmuş çadıra tərəf hərəkət etdi və göstəriş verdi ki, qardaşı Əbülfəzl və oğlu Əli Əkbərdən başqa heç kim çadıra girməsin. Ömər Səd də iyirmi nəfərdən ibarət köməkçilərinə belə bir göstəriş verdi və yalnız oğlu Həfs ilə xüsusi nökəri onunla birgə çadıra daxil oldular. İmam Hüseyn (ə) bu məclisdə Ömər Sədə xitabən belə buyurdu: “Ey Sədin oğlu! Məni tanıdığın və mənim atamın kim olduğunu bildiyin halda, mənimlə müharibə etmək istəyirsən? Hüzuruna qayıdacağın Allahdan qorxmursan? Mənim tərəfimdə olmaq və bunlardan (Bəni-Üməyyə) əl çəkmək istəmirsən?”
Ömər Səd dedi: “Qorxuram ki, belə olan halda, mənim Kufədəki evimi viran etsinlər.”
İmam Hüseyn (ə) buyurdu: “Mən öz hesabıma sənin üçün bir ev alaram.”
Ömər Səd dedi: “Qorxuram xurma bağımı müsadirə etsinlər.”
İmam Hüseyn (ə) buyurdu: “Mən sənə Hicazda Kufədəki bu bağlardan da yaxşı bağ verərəm.”
Ömər Səd dedi: “Arvad-uşağım Kufədədir, qorxuram ki, onları öldürələr.”
İmam onun bəhanələrini gördükdə, bu cümlələri deyə-deyə yerindən qalxdı: “Niyə şeytanın itaətinə bu qədər israrlısan?... Ümid edirəm ki, İraq buğdasından qismətin çox az olacaq! Nə sənə uzun ömür nəsib olacaq, nə də bir vəzifəyə çatacaqsan.”
Kərbəla hadisəsindən sonra Ömər ibn Səd ömrünün son anlarını Kufədə keçirtdi, dünya səltənətinə – Rey mülkünə də sahib ola bilmədi. Nəhayət, Muxtar qiyam edərək, 66-cı hicri-qəməri ilinin Zil-həccə ayında onu və oğlu Həfsi qətlə yetirdi.
ÖMƏR İBN SƏDİN KEÇMİŞİ
Bir gün Əmirəlmöminin Əli (ə) minbərdə buyurdu: “Məni əldən verməmiş nə istəyirsinizsə, məndən soruşun…”
Bu vaxt Səd ibn Əbu Vəqqas (Ömərin atası) yerindən qalxıb dedi: “Ey Əmirəlmöminin! Xəbər ver görüm, mənim üz və başımda nə qədər tük var?”
İmam (ə) buyurdu: “Sənin soruşduğun məsələni Rəsuli-Əkrəm mənə xəbər verib buyurmuşdur ki, sən bu sualı məndən soruşacaqsan. Bil ki, sənin baş və üzündə elə bir tük yoxdur ki, onun dibində bir şeytan oturmasın. Eləcə də, sənin evində südəmər bir uşaq var ki, oğlum Hüseyni qətlə yetirəcəkdir.” O vaxt Ömər ibn Səd balaca bir uşaq idi. (Kamiluz-ziyarat, səh.74.)
Sədin imam Əlidən (ə soruşduğu sual həqiqəti öyrənmək üçün deyil, yalnız masqara üçün idi. Niyyətlərdən agah olan Əmirəlmöminin Əli (ə) bilirdi ki, Sədin başında nə kimi planlar var. Məhz buna görə də, Həzrət elə bir cavab verdi ki, o alçaq və yaramazın camaat içində xar olub alnına əbədi rüsvayçılıq damğası vuruldu. Xüsusən də, Əmirəlmöminin Əli (ə) bu sözləri Rəsulullahın mübarək dilindən nəql etmişdi.
Beləliklə, belə bir alçaq və rəzil bir ünsürdən Ömər Səd kimi birisinin törənməsi heç də təəccüb doğurmur.
15.06.25, 12:42
ABŞ-də keçirilən mitinqdə atışma baş verib 15.06.25, 12:27
Sionist rejimin daha bir F-35 qırıcısı məhv edildi 15.06.25, 12:22
Təl-Əviv və Aşdod alovlar arasında və vahimədə 15.06.25, 12:21
İslam İnqilabı Keşikçiləri Korpusunun yeni açıqlaması 15.06.25, 12:20
İran Hayfada neft emalı zavodunu VURDU 12.06.25, 13:17
Prezident Pezeşkiyan: Biz ölkənin problemlərini həll etmək üçün Amerikaya ümid bəsləmirik 12.06.25, 12:12
UEFA-dan yeni qərar: qapıçı topu 8 saniyədən çox tutarsa... 12.06.25, 09:44
Çin, Rusiya və Latın Amerikası ölkələri İrana dəstək verdi 12.06.25, 09:27
Bu şəxslər Rusiyanı təcili tərk etməlidir 12.06.25, 09:17
Bakıda keçmiş diplomat özünü asdı 12.06.25, 09:15
ABŞ təhlükə səbəbilə Yaxın Şərqdən diplomatları geri qaytarır 11.06.25, 14:09
Tramp minlərlə miqrantı Quantanamoya göndərir 11.06.25, 11:13
Hərbçimiz intihar etdi - Foto 11.06.25, 11:07
Azərbaycanlı diplomat evində ölü tapıldı 11.06.25, 10:48
Yəmən İsrailə 2 raket atdı, biri aeroporta düşdü 11.06.25, 10:03
İran Ordusu Komandanı: Təhlükəsizlik Nazirliyinin nailiyyəti sionist rejimin üzünə bir sillədir 11.06.25, 09:42
Çin böyük savaşa hazırlaşır, ABŞ-ı "boğacaq" - Heqset 11.06.25, 09:33
İşğalçı İsrail 70-dən çox dinc fələstinlini qətlə yetirdi - Yardım gözləyən insanları öldürüblər 11.06.25, 09:31
Los-Ancelesdə komendant saatı tətbiq edilib 05.06.25, 12:50
"Rusiyanın qələbə qazanacağına inamımız tamdır" - Kim Çen In 05.06.25, 09:31
ABŞ Ukraynadakı vətəndaşlarına xəbərdarlıq etdi 05.06.25, 09:29
ABŞ-ın yeni tarifləri qeyri-qanunidir - Karni 05.06.25, 09:27
Yəmən ordusu növbəti dəfə İsrail aeroportuna zərbə endirdi 05.06.25, 09:01
BMV divara çırpıldı: 4 gənc öldü 04.06.25, 13:27
"Çin lideri ilə razılığa gəlmək olduqca çətindir" - Tramp 04.06.25, 11:19
Bakıda iki qardaş bıçaqlandı 04.06.25, 11:13
İranın Azərbaycandakı yeni səfiri seçildi 04.06.25, 10:44
Pezeşkian: Biz nüvə hüquqlarımızdan əl çəkməyəcəyik! 04.06.25, 09:24
Rusiya ordusu Sumıda daha iki yaşayış məntəqəsini ələ keçirdi 04.06.25, 09:05
Yəmən ordusu ABŞ-yə məxsus təyyarənin... 04.06.25, 09:03
Gəncədə 17 yaşlı qız xəstəxanada öldü 04.06.25, 08:58
Yer kürəsində 66 saat davam edən maqnit qasırğası başa çatıb 04.06.25, 08:56
“Qisas qaçılmazdır” - Medvedev yenə hədələyir 03.06.25, 10:38
Starmerin müharibə çağırışı dəlilikdir! - Maduro 03.06.25, 10:35
Əkin sahəsində meyit tapıldı 03.06.25, 10:11
Livan Hizbullahının Baş Katibi: İmam Xomeyninin (r.ə.) düşüncəsi səhnədə tam qüdrətlə mövcuddur 03.06.25, 10:06
Türkiyədə güclü zəlzələ: 14 yaşlı qız öldü 02.06.25, 10:54
Yəmən işğalçı İsrailə raket hücum edib 02.06.25, 10:43
İran qaraciyər transplantasiyası üzrə dünyada birinci yerdədir 02.06.25, 10:36
Yaşadığı evdə ölü tapıldı 02.06.25, 10:30
İran: Uranı zənginləşdirmənin alternativi yoxdur 02.06.25, 10:26
Pxenyan qızıl dövrə qədəm qoyur - NYT 01.06.25, 12:20
Parisdə kütləvi iğtişaşlar: ölü və yaralılar var 01.06.25, 09:37
ABŞ-də məzun günündə iki şagird güllələndi 01.06.25, 09:27
PSJ Çempionlar Liqasının qalibi oldu 31.05.25, 10:24
ABŞ-nin Çin üzərində texnoloji qələbə planı iflasa uğrayır 31.05.25, 10:17
Rusiya İranla parlament əməkdaşlığını gücləndirməyə hazırdır 31.05.25, 10:16
38 yaşlı qadın bıçaqlandı- Şübhəli qardaşıdır 31.05.25, 10:07
Braziliya: Biz İranın uranı zənginləşmə hüququnu dəstəkləyirik 31.05.25, 10:03
Rusiyalı turistlər Çinə vizasız səfər edə biləcəklər 29.05.25, 09:30
Trampa müharibə ilə bağlı yanlış məlumat verilir - Peskov 29.05.25, 09:30
Putinin sülh üçün tələbi yayıldı 29.05.25, 09:27
HƏMAS daimi atəşkəslə bağlı şərtlərlə razılaşdı 29.05.25, 09:23
General-mayor Səlami: : Barmaqlarımız tətikdədir... 29.05.25, 09:12
Liverpuldakı insident zamanı yaralananların sayı 79-a çatdı 28.05.25, 10:47
Rəsmi Pekin: Tayvan ABŞ ilə birlikdə Çini müharibəyə təhrik edir 27.05.25, 10:34
Vəhşi İsrailin qətliamı davam edir - 81 şəhid 26.05.25, 10:48
Putin tamamilə dəli olub - Tramp 26.05.25, 10:46
Çin Trampın Qızıl Qübbəsini sıradan çıxardır... 25.05.25, 11:11
Sionist əsirlərin ailələri: Netanyahu bizi fəlakətə doğru aparır 25.05.25, 10:58
Vatsapdan yeni funksiya 25.05.25, 10:57
İran ilk hava taksisini istifadəyə verdi 24.05.25, 09:40
Rus ordusu Radkovkanı ələ keçirdi 24.05.25, 09:38
Rusiya bir həftədə 1548 ədəd PUA vurub - MN 24.05.25, 09:36
Rusiya buna hazır olmalıdır - Putin 24.05.25, 09:09
Yəmən Ənsarullah lideriri: İslam ümmətinin səssizliyi sionistlərə cinayət törətmək üçün cəsarət verir 24.05.25, 09:08
İran və ABŞ arasındakı müzakirələrin beşinci raundu başa çatıb 22.05.25, 11:00
Omanın xarici işlər naziri: İran-ABŞ danışıqlarının beşinci raundu cümə günü keçiriləcək 22.05.25, 10:42
“Wikileaks” qurucusu işğalçı İsrailə belə etiraz etdi 21.05.25, 11:36
BMT-nin xüsusi məruzəçisi: İsrail Qəzzədə etnik təmizləmə aparır 21.05.25, 10:15
Ağstafada 27 yaşlı gənc bıçaqlandı 21.05.25, 09:12
Şimali Koreya lideri Rusiyaya səfər edəcək 21.05.25, 09:10
Suriyan parçalanmasına... - ABŞ 21.05.25, 09:03
PUTİNİN "SAĞ ƏLİ" MİQRANTLARI HƏDƏLƏDİ 20.05.25, 16:22
Rusiya dronlarla Ukraynaya hücum edib