Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Oktyabr 2013

BŞ taliblərin liderlərindən birini ələ keçirdi

ABŞ silahlı qüvvələri tərəfindən Pakistan taliblərinin liderlərindən birinin yaxalanması barədə məlumat yayılıb.

APA-nın "Al Arabia” saytına istinadən verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin mətbuat katibi Meri Harf (Marie Harf) "Təhrikiye Taliban Pakistan” təşkilatının başçılarından biri olan Lətif Məhsudun tutulması xəbərini təsdiqləyib. O bildirib ki, terrorçu təşkilat 2010-cu ildə Nyu Yorkda terror aktı törədilməsi cəhdində və Pakistandakı ABŞ diplomatlara qarşı hücum edilməsində günahlandırılır. M. Harf əlavə edib ki, terrorçular yenidən ABŞ-a qarşı hücum planlaşdırırdılar.

ABŞ Müdafiə Nazirliyinin rəsmiləri də L. Məhsudun yaxalanması xəbərini təsdiqləyərək bildiriblər ki, o hazırda ABŞ əsgərləri tərəfindən Əfqanıstanda saxlanılır.
5493 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.04.24, 11:41
28.03.24, 08:28
Putin: Əgər F-16...
Go to TOP