Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Oktyabr 2013

Bakıya gələn ruslara xəbərdarlıq edildi

Rusiya: Özünüzü Azərbaycanda düz-əməlli aparın!

“Milli komandamızın oyunları beynəlxalq futbol qurumlarının diqqətindədir”.

Rusiya Futbol İttifaqı (RFİ) DÇ-2014-ün seçmə mərhələsinin sabah keçiriləcək Azərbaycan-Rusiya oyunu ərəfəsində rusiyalı azarkeşlərə xəbərdarlıq edib.

RFİ-nin belə addım atmasına oyun zamanı qalmaqalın baş verməsi ehtimalı vadar edib.

Qurum yaydığı xəbərdarlıq xarakterli bəyanatda Bakıdakı qarşılaşmaya gələn rusiyalı fanatlara özlərini Bakıda yaxşı aparmağı tövsiyə edib:

“RFİ Rusiya yığmasının azarkeşlərini tamaşaçıların özünü aparmaq qaydalarına riayət etməyə, ictimai asayişi pozmamağa, rəqibə və olduğu ölkənin qanunlarına hörmət etməyə, stadionda pirotexniki vasitələr, qadağan olunan digər əşyalardan yararlanmamağa çağırır.

Sizə xatırladırıq ki, milli komandamızın oyunları beynəlxalq futbol qurumlarının intizam təşkilatlarının diqqətindədir. Yığmamızı vacib oyununda ədalətli oyun prinsipləri ilə dəstəkləyək”.

Qeyd edək ki, sabah “Bakcell Arena”da baş tutacaq Azərbaycan – Rusiya oyunu saat 22:00-da başlayacaq.
5705 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
10.08.22, 11:25
Türk əsgəri öldü
07.08.22, 10:18
Bəni-Haşimin ilk şəhidi
06.08.22, 10:11
Türkiyə itki verdi
02.08.22, 09:32
Cənnət beyəti
03.07.22, 10:30
Əsgərimiz həlak oldu
Go to TOP