Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2013

İran yeni təkliflər paketi təqdim edib

Maykl Mann: “İran “altılıq” ölkələrinə yeni təkliflər paketi təqdim edib”

İran bu gün Cenevrə şəhərində keçirilən növbəti nüvə müzakirələrində “altılıq” ölkələrinə əvvəlki danışıqlar çərçivəsində yeni təkliflər paketi təqdim edib.

APA-nın məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maykl Mann bildirib.

Onun sözlərinə görə, təkliflər planı “Zəruri olan böhranın sona çatdırılması, Yeni üfüqlər üçün bir başlanğıc” adlanır: “İranın nüvə məsələsinin həlli ilə bağlı olan paket “altılıq” ölkələrinin nümayəndələri ilə çalışan mütəxəssislərə tezliklə baxış keçirmələri üçün təqdim olunub. Mən əvvəlki danışıqlar nəticəsiz başa çatsa da, indiki müzakirələrdə konkret nəticələrə nail olunacağına ümid edirəm. Hər halda, İranla “altılıq” ölkələri arasında keçirilən müzakirələrə optimist yanaşıram, ancaq eyni zamanda ehtiyatlı da davranıram”.

M.Mann deyib ki, İrana qarşı sanksiyaların azaldılması və ya ləğv edilməsi mümkündür: “Bir şərtlə ki, rəsmi Tehranın nüvə məsələsində real dəyişikliklər baş versin”.
5472 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP