Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Oktyabr 2013

Sumqayıt “Cümə” məscidinə qaraçı hücumu

Məscid ətrafında qaraçı dəstələrinin sayı durmadan artır

“Sumqayıt şəhərindəki “Cümə” məscidinin önündə axşamdan bəri qərarlaşan qaraçıların sayı durmadan artmaqdadır”. Bu sözləri Moderator.az saytına açıqlamasında özəl mənbə bildirib. Mənbənin sözlərinə görə, Qurban bayramı ilə əlaqədar olaraq məscidin qarşısına yığışan qaraçılar vətəndaşları rahatsız edir, iki günlük bayram fürsətindən mümkün qədər daha çox yararlanmağa çalışırlar: “Dünən axşamdan etibarən məscid qarşısına yığışan qaraçıların sayı səhərin açılması ilə sürətlə artmaqdadır. Məscid önünə yığışaraq gəlib-gedənlərdən pul dilənən bu insanlar öz ənənəvi həyasızlıqları ilə vətəndaşları rahatsız edir, az qala zorla insanları onlara pul verməyə vadar etməyə çalışırlar. Hələlik dindarların qaraçı dəstələrini məscid önündən uzaqlaşdırmaq cəhdi nəticə vermir. Əksinə, məscid önündə getdikcə artan qaraçı dəstələrinin günortadan sonra bir qədər də çoxalacağı güman edilir. Vətəndaşlar isə hesab edir ki, hüquq-mühafizə orqanları Qurban bayramı günlərində məscidlərə nəzarəti artırmalı, vətəndaşları rahatsız edən bu cür hallarla bağlı ciddi tədbirlər həyata keçirməlidir”.
5636 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP