16 Oktyabr 2013
Qurban bayramınız mübarək!

Qurban-İslam aləmində ən möhtəşəm bayramlardan biridir. Bütün müsəlman aləmində hər il Orucluq ayı bitəndən 70 gün sonra qeyd olunur və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurban kəsilib kasıblara paylanılır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.Dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən hadisədən sonra yaranmışdır. Belə ki, yuxuda ALLAH-təala İbrahim peyğəmbərə oğlu İsmayılı qurban verməyi (onların ALLAHA inamını yoxlamaq üçün) əmr edir. İbrahim əsl dindar kimi ALLAHIN əmrini yerinə yetirməyə hazır idi, İsmayıl özü də qurban olmağa razılaşır. Bu haqda Quranda yazılmışdır.
ALLAHA qəlbən yaxın və sadiq olduğunu sübut etmək istəyən İbrahim Peyğəmbər oğlu İsmayılı qurban kəsməyə hazır idi. Lakin uca ALLAH bunu öz elçisinə rəva bilmədi və qurbanlıq üçün ona bir qoç göndərdi. Buna görə də Qurbanlıq bayramında kəsilən qurbana "İsmayıl qurbanı" da deyirlər.Çox sevdiyi balasını ALLAH yolunda qurban verməyə hazır olması peyğəmbərin ALLAH qarşısında imanının, səmimiliyinin və mütiliyinin bariz sübutudur. Odur ki, din tarixində dərin iz salmış bu hadisə ALLAHA inamın, dərin etiqadın nümunəsidir. Bu hadisə onu göstərir ki, insanlar ALLAHI sonsuz imanla sevməli və öz sevgilərində bu cür səmimi olmalıdırlar. Çətin anlarda ALLAHI da yada salıb, yaxşı zamanlarda Onu unutmaq möminə yaraşan hərəkət deyil!Qurani Kərimdə müqəddəs Qurban bayramı barədə:"Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – ALLAH üçündür", "Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, ALLAHIN onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) ALLAHIN adını çəksinlər" kimi münasibətlər göstərilir.Qurban bayramda hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda buyrulur: "ALLAHA nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır".
İnsan ALLAHIN yaratdığı ən şərəfli və ən üstün məxluqdur. ALLAH özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir.Şərtləri:
İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.Bu bayramın əsas mahiyyəti ALLAH yolunda kəsilmiş qurbanlıq heyvanın ətini ALLAHIN imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və ALLAHA inam və sevgi durur.
Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.Qurban və onun hökmləri1. Qurban kəsmənin ibadət olduğuna dair dəlillər:
"Rəbbin üçün namaz qıl və qurban kəs!"
("əl-Kövsər" surəsi, 2-ci ayə)"De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi ALLAH üçündür".
("əl-Ən'am" surəsi, 162-ci ayə)"Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, ALLAHIN onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) ALLAHIN adını çəksinlər ("bismilləh" desinlər) "
( "əl-Həcc" surəsi, 34-cü ayə)
2. Qurbanın tərifi:
Qurban bayramı münasibətilə qurban günlərində (zi-l-hiccə ayının 10-u, 11-i, 12-si və 13-ü) ibadət məqsədilə kəsilən heyvan.
3. Qurbanın hökmü:
Təkid olunmuş (vacibə yaxın olan) sünnədir.
4. Qurban kəsilməsinin icra vaxtı:
Ay təqvimi ilə zi-l-hiccə ayının 10-u bayram namazından sonra başlayıb zi-l-hiccənin 13-ü gün batana qədərdir.
Qeyd: Qurbanı bu günlər əsnasında gecə vaxtı da kəsmək olar.
5. Qurbanlıq mal-qara:
Dəvə, öküz, keçi, qoç və ya qoyun.
Qeyd: 7 nəfər və bundan az pul qoyub 1 dəvə və ya 1 öküz kəsə bilər. Bu halda həmin qurbanlığın alınması üçün pul qoyan şəxslərin 7-si də qurban kəsmiş sayılır. Keçi, qoç və qoyun isə yalnız bir nəfərin pulu ilə kəsilməlidir.
6. Qurbanın qəbul olunmasının iki şərti:
a) İxlas: yəni, bu ibadət yalnız ALLAH üçün olmalı;
b) Mutəbəa: yəni, Peyğəmbərin (Ona və ailəsinə ALLAHIN xeyir-bərəkəti və salamı olsun!) etdiyi kimi olmalıdır.
7. Kəsilən qurbanlıq üçün qoyulan şərtlər:
a) qurbanlıq heyvan halal pul ilə alınmalıdır;
b) şəriətin göstərdiyi heyvan cinsindən olmalıdır. Xoruz, dovşan və s.olmamalıdır;
c) kəsilən heyvanın yaşı nəzərə alınmalıdır, yəni:
- dəvə: 5 illik; - öküz: 2 illik; - keçi: 1 ilik; - qoç və ya qoyun: 6 aylıq.
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilənlərdən də, çox yaşı olan heyvanı qurban kəsmək olar.
d)kəsilən heyvanlarda təkgözlük, axsaqlıq, xəstəlik, zəiflik və arıqlıq kimi eyiblər olmamalıdır.
8. Qurban kəsilərkən riayət olunan şərtlər:
- qurban həddi-büluğa çatmış, ağlı başında olan şəxs tərəfindən kəsilməlidir;
- qurban kəsən şəxs müsəlman olmalıdır;
- qurbanı kəsmək üçün niyyət olmalıdır;
- qurban yalnız ALLAH üçün kəsilməlidir;
- qurban kəsdikdə ALLAHIN adı çəkilməli, yəni "bismilləh" deyilməlidir;
- qurban ALLAHDAN qeyrisinin adı ilə kəsilməməlidir;
- qurban, kəsici iti alətlə kəsilməlidir;
- qurban şəriətin buyurduğu yerdən kəsilib qanı axıdılmalıdır;
- qurbanlıq heyvan şəriətin icazə verdiyi heyvanlardan olmalıdır;
Qeyd: Bu şərtlərdən birinə riayət olunmazsa qurban qəbul olunmur.
9. Qurban kəsildikdə müstəhəb (bəyənilən) əməllər:
- qurbanı qibləyə tərəf döndərmək;
- qurbanı səliqəli və rahat şəkildə kəsmək;
- dəvəni ayaq üstə, öküz və qoçu isə uzanan yerdə kəsmək;
- bıçağı kəsilən heyvana göstərməmək;
- "bismilləh" dedikdən sonra "ALLAHU Əkbər" demək;
- qurbanın qəbul olunması üçün dua etmək;
- qurbanın kim tərəfindən kəsildiyini dillə tələffüz etmək;
Qeyd: Bu əməllərdən hər hansı birini tərk etmək qurbanı batil etmir.
10. Qurban kəsildikdə məkruh (bəyənilməyən) əməllər:
- bıçağı heyvana göstərmək və ya onun gözünün qabağında itiləmək;
- bir heyvanın gözünün qabağında o birisini kəsmək;
- kəsilmiş heyvanın canı çıxmamaış hər hansı bir əzasını sındırmaq və s. bu kimi əməllərlə heyvana əziyyət vermək;
Qeyd: bu əməllərdən hər hansı birini etmək qurbanı batil etmir./İslamazeri.az
07.07.22, 09:01
Qadının başını kəsib mağazaya atdılar - Yardımlıda 07.07.22, 08:59
Keçmiş polis əməkdaşı intihar etdi 07.07.22, 08:56
Hərbçimiz intihar etdi - Rəsmi 07.07.22, 08:52
Ərdoğanın son seçki sorğusunda məğlubiyyəti 06.07.22, 11:00
Göyçayda məktəbli intihar edib 06.07.22, 10:13
Rusiya Azərbaycanın 1 kilometrliyində hərbi baza tikir 06.07.22, 09:52
Kadırovdan Zelenskiyə: Qaç! 06.07.22, 09:51
İran Rusiyaya 3 milyard dollarlıq tikinti materialı ixrac edəcək 06.07.22, 09:49
Moskva "Yəhudi Agentliyi"nin fəaliyyətini dayandırmaq əmri verib 04.07.22, 11:01
Bakıda qız özünü klinikanın 10-cu mərtəbəsindən atdı 04.07.22, 09:09
Rusiya ordusu Lisiçanskı şəhərini ələ keçirdi 04.07.22, 09:06
Kopenhagendə atışma: ölənlər var 04.07.22, 09:03
Kansler: Bu, sosial partlayışa səbəb olacaq 04.07.22, 08:41
İmam Muhəmməd Baqirdən (ə) 20 hədis 03.07.22, 10:49
Texasda atışma olub, ölən və yaralananlar var 03.07.22, 10:30
Əsgərimiz həlak oldu 03.07.22, 10:28
Türkiyə ordusunun daha bir hərbçisi öldürüldü 03.07.22, 10:27
Növbəti döyüş Mərkəzi Asiyada olacaq - Lukaşenko 03.07.22, 10:25
NATO-nu tərk etməliyik - Perinçək 03.07.22, 10:19
Rusiya hasilatı azaltsa, neftin qiyməti 380 dollar olacaq 02.07.22, 21:15
İraqda 600 gənc kursantın qəssabı ələ keçdi 02.07.22, 21:08
Türkiyədə inflyasiya 95%-ə çatıb 30.06.22, 16:46
Əsgərimiz ehtiyatsızlığın qurbanı oldu 30.06.22, 10:01
Putin: Müharibənin nə zaman sona çatacağı... 30.06.22, 09:59
Putindən Consona: Tetçer qadın idi, müharibə edirdi! 29.06.22, 22:16
İmam Cavadın (ə) şəhadəti münasibətilə 29.06.22, 12:26
Bakıda güclü yanğın: iki körpə öldü - Rəsmi 29.06.22, 12:22
Conson: Putin qadın olsaydı... 29.06.22, 12:20
İraq prezidenti İsraillə bağlı qərarı təsdiqlədi 29.06.22, 12:14
Korotçenko: Məhv edilməlidir 28.06.22, 20:26
SEPAH-ın baş komandanı: Sionist rejim özünü qorumağa qadir deyil 28.06.22, 16:18
İranda 2500 yaşı olan nəhəng bənd tapıldı 28.06.22, 12:04
Kənd sakini özünü tövlədə asdı 28.06.22, 12:03
Bakıda qadın həkim özünü 11-ci mərtəbədən atdı 28.06.22, 10:19
Bakıda fəhlə faciəvi şəkildə öldü 28.06.22, 10:17
Medvedyev: Bu, III Dünya savaşı olacaq! 27.06.22, 21:16
Fələstinin Baş naziri: Beynəlxalq camiə sionist rejimin cinayətlərinə görə məsuliyyət daşıyır 27.06.22, 09:39
ABŞ-da atışma zamanı 8 nəfər yaralanıb 27.06.22, 09:31
Lənkəranda 32 yaşlı kişi qətlə yetirildi 27.06.22, 09:25
Türkiyədə geniş meşə sahəsi yanaraq məhv oldu 27.06.22, 09:23
Polis əməkdaşı Füzulidə minaya düşdü 27.06.22, 09:22
ABŞ banan respublikasına çevrilir - Qabbard 26.06.22, 11:22
ABŞ dünyanın gülüş obyektinə çevrildi - Tramp 26.06.22, 10:13
General: “Əvvəlcə Londonu vuracağıq, sonra...” 26.06.22, 10:08
Nəvə nənəni iplə boğaraq öldürdü 26.06.22, 10:04
Türkiyədə ölüm hökmü bərpa edilir - Nazir 26.06.22, 10:02
Rusiya növbəti şəhəri nəzarətə götürdü 25.06.22, 21:30
Yunanıstan Türkiyəni hədələdi: Ən kəskin şəkildə cavab verəcəyik 25.06.22, 21:29
Qılıncdaroğlu: Ərdoğan Türkiyənin şərəfini ayaq altına atdı 25.06.22, 09:42
Ruslar 11 kəndi ələ keçirdi 24.06.22, 10:52
Rus deputat: ABŞ səfirliyini vurmalıyıq! 24.06.22, 10:46
İranın humanitar yardımını daşıyan iki təyyarə Əfqanıstana çatıb 23.06.22, 17:44
Hacı Tale Bağırzadə İslam dünyasının görkəmli şəxsiyyətlərinin çağırışlarından sonra aclıq aksiyasını dayandırdı 23.06.22, 12:27
Türkiyənin 2 hərbi qulluqçusu öldürülüb 23.06.22, 12:23
İstanbulda azərbaycanlı kişi kürəkəni tərəfindən öldürüldü 23.06.22, 10:29
Bakıda qadın boynundan bıçaqlanıb 23.06.22, 10:28
Əfqanıstanda zəlzələ qurbanlarının sayı 1500 nəfərə çatıb 23.06.22, 10:19
ABŞ-da helikopter qəzaya uğradı: 6 ölü 23.06.22, 09:33
Xaşiqçinin nişanlısı od püskürdü: Bin Salmanın Türkiyəyə səfəri onun qatil olmasını... 22.06.22, 10:26
İraqda işğalçı Türkiyə hərbçisi öldürüldü 22.06.22, 10:23
Samuxda 33 yaşlı kişi qətlə yetirilib 22.06.22, 09:21
ABŞ-ın itkin düşmüş əsgərləri ilə bağlı Rusiyadan ilk rəsmi açıqlama: Əlmizdədirlər! 22.06.22, 09:02
"Sarmat" orduya verilir - Putin açıqladı 22.06.22, 09:00
Çind: Amerika 2001-ci ildən bəri... 22.06.22, 08:47
Buğda çörəyini camaata yedirdib özü arpa çörəyi yeyən rəhbər 21.06.22, 16:49
20 yaşlı oğlan özünü asdı 21.06.22, 10:32
Bu gün Azərbaycana yay fəsli daxil olur 21.06.22, 09:56
İmam Sadiq (ə): Həmişə əmanətdar ol 20.06.22, 09:28
Ruslar bu zavodu ələ keçirdi: əhaliyə xəbərdarlıq... 20.06.22, 09:26
Kadırov təzə götürülən əsirlərdən danışdı 20.06.22, 09:22
Azərbaycanda ata oğlunu öldürdü 20.06.22, 09:09
Ərdoğan üçün pis xəbər: Gənclər ona səs vermək istəmir 19.06.22, 12:08
ANAMA əməkdaşı minaya düşdü 19.06.22, 10:04
“WhatsApp” qrup zəngələrinə yeni funksiyalar əlavə edib 19.06.22, 09:07
Hərbçimiz həlak oldu 19.06.22, 09:02
Ankaraya bağlı terrorçular bir-birini qırdı - 22 ölü və yaralı 18.06.22, 09:13
Möhsin Rizayi: Sionist rejiminin dərinliklərinə girib məlumat əldə edərək geri qayıdırıq 18.06.22, 09:08
Rusiya Suriyada ABŞ-ın təlim bazasını vurdu 18.06.22, 09:04
İmişli sakini əvvəl arvadını, sonra özünü öldürdü 18.06.22, 08:59
Çin iqtisadi baxımdan... – Putin 17.06.22, 13:08
Lavrovdan Moldovaya hücum anonsu... 17.06.22, 13:05
Peskov: Rusiya Baltikyanı ölkələr üçün... 16.06.22, 19:29
Sionistlərin vəhşiliyinə daha bir sübut: Ərəbləri məhv etmək üçün düyməm olsaydı, onu basardım 15.06.22, 11:16
Sionist hərbçilər azyaşlı fələstinli uşağı həbs edib - Foto 15.06.22, 11:11
Şeytanın abidə kələyi 13.06.22, 17:50
Rusiya səfiri sionist və Ankara rejimlərinə xəbərdarlıq etdi 11.06.22, 10:03
Bu gün İmam Rizanın (ə) mübarək mövlud günüdür 09.06.22, 09:56
İran nüvə obyektlərində kameraları söndürdü 09.06.22, 09:53
ABŞ-ın Baş Konsulluğu yaxınlığında partlayış 09.06.22, 09:47
Fəhlə iş yoldaşını yumruqla vurub öldürdü 09.06.22, 09:26
Bu iki xislət sahibləri Sirat və cəhənnəmi görməzlər 09.06.22, 09:18
Qüds müftisi: Dünya sionistlərin cinayətləri qarşısında susmasın