Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2013

Braziliyaya gedəcək 21 komanda müəyyənləşib

Baş tutan oyunlarla "DÇ-2014"ün seçmə mərhələsinə yekun vurulub.

SalamNews xəbər verir ki, indi gələn ilin iyununda Braziliyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanan 21 komandanın kimliyi müəyyənləşib. Avropa zonasından 9, Cənubi Amerikadan 6, Şimali Amerikadan 2, Asiya qitəsindən isə 4 komanda dünya çempionatında iştirak etmək hüququ qazanıb. Yerdə qalan 11 komandanın kimliyinə noyabr ayında keçiriləcək pley-off matçlarından sonra aydınlıq gələcək.

Avropa zonasından "pley-off" mərhələsində oynayacaq komandalar bunlardır: Fransa, Portuqaliya, Xorvatiya, İsveç, Yunanıstan, Ukrayna, Rumıniya və İslandiya. Bu mərhələnin püşkü oktyabrın 21-də atılacaq.

Pley-off mərhələsinin oyunları noyabrın 15-20-də keçiriləcək.

"DÇ-2014"ün pley-off oyunları:


13 noyabr

Meksika - Yeni Zellandiya

İordaniya - Uruqvay


20 noyabr

Yeni Zellandiya - Meksika

Uruqvay - İordaniya



16-17 noyabr

Nigeriya - Efiopiya

Seneqal - Fil Dişi Sahili

Kamerun - Tunis

Misir - Qana

Əlcəzair - Burkina Faso

19-20 noyabr

Efiopiya - Nigeriya

Fil Dişi Sahili - Seneqal

Tunis - Kamerun

Qana - Misir

Burkina Faso - Əlcəzair
5618 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
14.11.23, 09:23
Hərbçimiz intihar etdi
06.11.23, 09:53
Rusiya Liviyada hərbi...
Go to TOP