Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Oktyabr 2013

Detalları yekun razılaşmaya qədər məxfi qalacaq

İran ilə müzakirələrin detalları yekun razılaşmaya qədər məxfi qalacaq - Ketrin Eşton
“Cenevrədə nüvə müzakirələri ciddi və real keçirilib.”

SalamNews-un “FarsNews”a istinadla verdiyi məlumata görə, bunu Avropa İttifaqının Təhlükəsizlik və xarici siyasət məsələləri üzrə komisarı Ketrin Eşton müzakirələr sonrası mətbuat konfransında bildirib.

K.Eşton İran tərəfinin təklif etdiyi yeni layihənin ətraflı detalları əhatə etdiyini bəyan edib. Onun sözlərinə görə, müzakirələrin təfərrüatı yekun razılaşmaya qədər məxfi saxlanılacaq.

Bildirək ki, Cenevrədə keçirilən İran-"Altılıq" danışıqları gələn ayın 6-7 də Cenevrədə davam etdiriləcək. O zamana qədər tərəflərin nüvə və sanksiyalar məsələləri üzrə ekspertıri mütəmadi görüşlər keçirərək.

Bu arada ABŞ XİN-dən dünənki müzakirələr haqda müsbər mesajlar gəlib. ABŞ XİN-in sözçüsü Cenevrəyə ciddi danışıqlar üçün getdiklərini və bu nəticənin əldə edildiyini bəyan edib.
4642 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.08.23, 09:46
Rusiya yuana keçir
26.08.23, 08:57
Ronaldo İrana gələcək
26.08.23, 08:51
Donald Tramp həbs olundu
Go to TOP