Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Sentyabr 2020

III Avropa Oyunlarının proqramına 23 idman növü daxil edildi

2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramındakı idman növlərinin ilkin siyahısı açıqlanıb.

Bu barədə Avropa Olimpiya Komitəsi (EOC) və Polşa nümayəndə heyəti arasında İtaliyanın paytaxtı Romada keçirilmiş görüşdə razılığa gəlinib.

İdman növlərinin yekun siyahısı müəyyənləşdirilərkən əsas meyar onların həm də Avropa çempionatı statusu daşıması və ya 2024-cü il Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması olub. Yaxın vaxtlarda Avropanın müvafiq idman federasiyalarının hər biri ilə yekun danışıqlar zamanı da belə bir şərt irəli sürüləcək.

III Avropa Oyunlarının proqramına salınmış idman növlərinin siyahısı:

Kamandan oxatma

Sinxron üzgüçülük

Badminton

Basketbol 3x3

Çimərlik həndbolu

Breyk-dans

Kanoe (kayak və kanoe, kanoe slalom)

Velosiped idmanı (BMX, şosse)

Qılıncoynatma

Gimnastika

Cüdo

Karate

Müasir beşnövçülük

Dağ qaçışı

Reqbi7

Atıcılıq

Trampilindən tullanma (yay)

İdman dırmanması

Stolüstü tennis

Triatlon

Voleybol (çimərlik voleybolu, voleybol)

Ağırlıqqaldırma

Güləş
358 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP