Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2020

Tehranda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası - Fotolar

Bu gün (çərşənbə) Tehranda bir qrup tələbə Ermənistan səfirliyi qarşısında toplaşaraq bu ölkənin sionist rejimində səfirlik açmasına etiraz edib.
Aksiya iştirakçıları “Ermənistan sionist rejimində səfirlik açmasına peşman olacaq” və “Sionist rejimi ilə əməkdaşlığın ağır bədəli olacaq” kimi şüarlar veriblər, Fələstin ideyalarını və İranın milli təhlükəsizliyini dəstəklədiklərini bildiriblər.
Tələbələr bəyanatlarında Ermənistana öz qərarına yenidən baxmağı, səfirini geri çağırmağı, sionist rejiminin cinayətlərinə şərik olmamamağı tövsiyə ediblər.
Bəyanatın sonunda vurğulanır ki, İslamın ən mühüm düşməni olan sionist rejimi qarşısında İranın müdrik və prinsipial siyasəti dəyişməzdir, bu rejimin İranın qonşuluğunda hüzur və nüfuzuna şərait yaratmaq İrana qarşı düşmənçilik hərəkəti kimi dəyərləndirilir və ölkənin xarici siyasət sahəsindəki qərarlarda öz təsirini göstərəcək.











537 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
13.05.21, 08:54
Bulvarda intihara cəhd
05.05.21, 09:34
Samuxda intihar
26.04.21, 09:24
Zərif: Dialoqa ehtiyac var
Go to TOP