Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Sentyabr 2020

Mavritaniyada qəzəblənmiş əhali Fransa bayrağını yandırdı

Mavritaniya əhalisi Fransanın “Charlie Hebdo” jurnalının İslam Peyğəmbərinə (s) hörmətsizlik etməsinə və Fransa prezidentinin bunu pisləməsinə öz qəzəblərini bildirmək üçün ölkənin paytaxtı Nuakşot şəhərində etiraz aksiyası keçiriblər.
“Əş-Şurəfa” came məscidinin önündə toplaşan əhali sözügedən jurnalın Peyğəmbərə (s) qarşı davamlı hörmətsizliyini pisləyib.
Etirazçılar bildiriblər ki, Peyğəmbərə (s) qarşı karikatura çəkmək o həzrətin məqam və şənini əskiltmir, lakin müsəlman ölkələri başçılarının bunun qarşısında sükutunu heç vəchlə bağışlamaq olmaz.
“Qüds əl-ərəbi” qəzetinin yazdığına görə, Mavritaniya əhalisi etiraz əlaməti olaraq Fransa bayrağını yandırıb, müsəlmanları Fransa mallarına qarşı baykota və bu ölkə ilə münasibətləri kəsmək üçün öz hökumətlərinə təzyiq göstərməyə, Rəsuli-əkrəmə (s) hər hansı hörmətsizliyin qaşısını almağa çağırıb, müqəddəslərə hörmətsizliyi söz azadlığı adlandırmağın mümkünsüzlüyünü bildirib.
272 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP