Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Sentyabr 2020

Amerikada üzərinə Peyğəmbərin (s) hədisi yazılmış köynəklər

Amerikanın Kaliforniya ştatında insan haqlarını müdafiə edən bir təşkilat islami brendlərin birinin əməkdaşlığı ilə İslamın irqi ədalət barədə baxışını göstərmək üçün kompaniya başladıb.

İslam-Amerika Münasibətləri Şurası (CAİR) və 5ivepillars islami brendinin əməkdaşlığı ilə bu köynəklərin üzərinə İslam Peyğəmbərinin (s) son xütbəsində irqlərin bərabərliyi barədəki sözləri dərc olub.
Köynəyin üzərinə yazılmış hədis belədir: 

“Bütün insanlar Adəm və Həvvanın övladlarıdır. Ərəbin əcəm və əcəmin ərəb, ağın qara və qaranın ağ üzərində heç bir üstünlüyü yoxdur. Təkcə təqvalı olanlar və saleh əməl edənlər üstündür.”

CAİR-in sədr müavini Edvard Əhməd Miçel bu barədə deyib: “Bizim camiəmiz hələ də qaradərililər əleyhinə qədim və rəvac tapmış irqçiliyə düçardır. İslami müəssisələr irqi müxtəlifliyin uca tutulması, irqçiliyin pislənməsi və İslamın bu haqda mesajının çatdırılmasında ikiqat təlaş göstərməlidir.

Bu məqsədlə Afrika mənşəli amerikalıların idarə etdiyi və bu ölkədə irqi ədalətin tərəfdarı olan təşkilatlara dəstək verməliyik. 5ivepillars-in əməkdaşlığı ilə öz təşkilatımızda İslamın irqi ədalət barədə baxışını göstərən köynəklər istehsal edə bildiyimizə görə sevinirəm.”

5ivepillars brendinin rəhbəri Fərəx İrşad bu haqda deyib: “Biz öz mənbələrimizi xeyir işlərdə sərf etməyi özümüzə vəzifə bilirik. Təlimlərimizi davam etdirməliyik ki, insanları öz qaradərili bacı-qardaşlarımıza qarşı bərabərsizliyin hökm sürməsi barədə məlumatlandıra və onları bu məsələyə cəlb edə bilək.”
313 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
11.10.20, 09:22
Türkiyə ordusu itki verdi
Go to TOP