Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Oktyabr 2020

Ayətullah Məkarim Şirazinin Qarabağ münaqişəsi barədə müraciəti

“Bütün müsəlmanlar Qarabağın azadlığını dəstəkləməlidirlər”

“Bütün müsəlmanlar Fələstinin və işğal olunmuş digər İslam bölgələrinin azadlığı kimi, Qarabağın azadlığını da dəstəkləməlidirlər! Biz bunu dəstəkləyir və düşünürük ki, hər hansı vasitəçilik, müzakirə və qərar bu bölgənin tam azadlığı və İslam dünyasına qayıtması ilə nəticələnməlidir”

Hövzə xəbər agentliyinin məlumatına əsasən, Ayətullah Məkarim Şirazi Qarabağ münaqişəsi barədə müraciət etmişdir. Müraciətdə deyilir:

Mərhəmətli və Rəhimli Allahın adıyla
Son günlərdə Qarabağ bölgəsindən gələn xəbərlər yenə hamının diqqətini İslam dünyasının bu parçasına yönəltmişdir.
İllər öncə zalımcasına işğal edilmiş bu bölgədə yenə müharibə alovlanıb, məzlum müsəlmanların qanı tökülür, bəziləri öz yurd-yuvalarından didərgin düşürlər. Bunun məsuliyyəti hadisənin ilk səbəbkarlarının, yəni işğalçıların üzərinə düşür.
Bütün müsəlmanlar Fələstinin və işğal olunmuş digər İslam bölgələrinin azadlığı kimi, Qarabağın azadlığını da dəstəkləməlidirlər! Biz bunu dəstəkləyir və düşünürük ki, hər hansı vasitəçilik, müzakirə və qərar bu bölgənin tam azadlığı və İslam dünyasına qayıtması ilə nəticələnməlidir.
Həmçinin Azərbaycan Respublikasının hörmətli hökuməti Qurani-kərimin “Zülm edənlərə meyl etməyin” ayəsinə əməl edib, özləri işğalçı və qəsbkar olanlardan, müsəlmanların qanını halal bilənlərdən, İslam ölkələrində fitnə törədib öz maraqlarını güdənlərdən kömək istəmək yerinə, həqiqi dostlarından kömək alıb Azərbaycan xalqının haqlarını tələb etsinlər.
Səmavi kitabların və bütün ilahi peyğəmbərlərin, xüsusən də həzrət İsanın (ə) təlimlərindən biri də zülm və haqsızlıqdan uzaq durub, məzlumlara kömək etməkdir. Bu baxımdan, yaxşı olar ki, bütün məsihilər Ermənistan hökumətinə lazımi tövsiyələri verməklə bu ilahi dinin ardıcıllarını zülm və işğalçılıq ittihamından uzaqlaşdırsınlar, dünyanın Allaha pərəstiş edən bütün möminlərini bir-birinə yaxınlaşdırsınlar, zülm və haqsızlığın nəticələrindən çəkindirsinlər. Çünki Allah buyurmuşdur: “Zülm edənlər hansı dönüşə dönəcəklərini mütləq biləcəklər!”
Allahın salamı, rəhməti və bərəkəti olsun sizə!

Nasir Məkarim Şirazi
Qum, 18 oktyabr 2020
556 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP