Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2020

BMT: Ölüm Yəməndə 360 min uşağı təhdid edir

BMT-nin mətbuat katibi bildirib ki, Yəməndə 2 milyon uşaq qida çatışmamazlığı ilə üzləşdiyi üçün dərmana ehtiyacı vardır və onlardan 360 min nəfəri ölüm təhlükəsi ilə üz-üzədir.
“İSNA”-nın verdiyi xəbərə görə, BMT-nin mətbuat katifi Stefan Dujarrik mətbuat konfransında vurğulayıb: “Yəməndə 20 milyon insan qida çatışmamazlığından əziyyət çəkir.”
S. Dujarrik əlavə edib: “BMT cari ilin sonlarında Yəməndə daha 26 humanitar proqramı dayandırmaq, yaxud azaltmaq istəyir. Bunun səbəbi kifayət qədər maliyyə yardımının olmamasıdır. Maliyyə dəstəyinin olmaması Yəməndə humanitar əməliyyatları iflic vəziyyətinə salıb. Faktiki olaraq BMT-nin 41 proqramı arasından 16-sı ya dayandırılmış, ya da azaldılmışdır.”
Mətbuat katibi bir daha 360 min uşağın ölümlə üzləşdiyini vurğulayaraq maliyyə dəstəyi verən tərəflərdən öz öhdəliklərinə əməl etməsini və dəstəklərini artırmalarını istəyib.
371 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP