Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Oktyabr 2020

Rus alim: Koronaya qalib gələ bilməyəcəyik!

COVİD-19 xarici təsirli infeksiyadan heyvan mənşəli virusa çevrilə bilər.

Bu sözləri Qamaley adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatlar Mərkəzinin direktoru Aleksandr Gintsburq deyib.

“İlk koronavirus dalğasına xarici təsirlər səbəb olmuşdu. Bu virus böyük hava limanlarından yayılmışdı. Hazırda isə müxtəlif yerlərdə virus mərkəzləri mövcuddur və bu mərkəzlər ətrafında vektorial və halqavari yayılması prosesi davam edir. Əgər gələcəklə bağlı proqnoz versək, deyə bilərik ki, bu koronavirus öz strukturu səbəbindən müxtəlif dəri səthlərinə yapışdığı üçün ev heyvanlarında, kənd təsərrüfatı heyvanlarında və digər canlılarda çoxala bilər”, - deyə alim bildirib.

Gintsburq əlavə edib ki, COVİD-19-un heyvan mənşəli virusa çevrilməsi mənfi proses olmaqla yanaşı, insanın heç vaxt bu tip virusa qalib gələ bilməyəcəyi anlamına gəlir.
349 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP