Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Oktyabr 2020

Suriyada terrorçular bir-birlərini qırdılar

Suriyanın şimal-şərq əyaləti olan Həsəkənin Rəsul-Eyn şəhərində terrorçular yenə də bir-birlərini qırıblar.
“Əl-Ərəbi əl-cədid” qəzetinin yazdığına görə, bu şiddətli qarşıdurma Sultan Murad terror qrupunun müxtəlif birləşmələri arasında baş verib.
Atışma Rəsul-Eyn şəhərinin mərkəzində qurulmuş Əd-Duveyrə yoxlama postuna Sultan Murad terror qrupunun hansı birləşməsinin nəzarət etməsi üstündə baş verib.
Xəbər mənbələrinin bildirdiyinə görə, raket hücumu ilə sonunclanan döyüş Rəsul-Eyn şəhərinin mərkəzinə və ətrafına qədər uzanıb və nəticədə 5 nəfər dinc sakin həlak olub, 10 nəfər yaralanıb.
Terrorçularından isə təqribən 20 nəfərin öldüyü və yaralandığı xəbər verilir.
Sultan Murad terror qrupunun tərkibində olan birinci qrupa Deyr əz-Zordan olan Əbu Məri başçılıq edir. İkinci qrup isə Homs ətrafındandır və onlar öz qruplarına Livaul-izzə adını veriblər.
Döyüş başladıqdan sonra Ceyşul-şərqiyyə terror qrupu Əbu Məriyə dəstək verib və bu məsələ döyüş dairəsinin vüsət almasına səbəb olub.
Qeyd edək ki, son vaxtlar Sultan Murad terrorçuları arasında tez-tez qarşıdurmalar baş verir və bunun zərəri şəhər sakinlərinə dəydiyindən bu məsələ onları daha çox narahat edir.
324 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.20, 10:47
Canlı döyüş - VİDEO
26.11.20, 09:16
Maradona öldü
21.11.20, 09:27
Hüseynçilər - VİDEO
20.11.20, 10:44
Baş konsul intihar etdi
17.11.20, 11:00
Daşkəsənə qar yağdı
08.11.20, 08:48
Maduro Baydeni təbrik etdi
Go to TOP